Elm və texnologiya zirvələrinə yüksəliş; İran İslam Respublikasının böyük addımı — 2-ci hissə

Universitetlərin reytinqi

Hər il və təbii ki, dünya universitetlərinin müxtəlif meyarları əsasında müxtəlif reytinqlər, o cümlədən Leiden, Şanxay, Times və QS kimi reytinqlər həyata keçirilir. Leiden reytinq sisteminə əsasən, 2017-ci ildə İranın 18 universiteti dünyanın ən üstün universitetləri sırasında olub.

İslam dünyasının istinad bazasının (ISC) rəhbərinin sözlərinə görə, Leiden Hollandiyadakı etibarlı beynəlxalq reytinq sistemlərindəndir. Bu sistemin meyarları təsirli göstəricilər və elmi əməkdaşlıqlar olmaqla iki ümumi dəstəyə bölünür. Bu göstəricilərlə bağlı məlumatlar Elm məlumat bazasından (Web of Science) əldə edilir.

Dr. Məhəmməd Dehqani deyib: İlk Leiden reytinqi 2012-ci ildə həyata keçirilib. Bu ildə ölkənin heç bir universiteti ən üstün universitetlər arasında olmayıb.

Həmçinin QS-nin mövzu sıralaması universitetin məşhurluğunun araşdırılması, işəgötürənlərin qiymətləndirilməsi, hər bir məqalə müqabilində istinadların sayı və h-indeksi olmaqla dörd göstərici üzrə həyata keçirilir.

QS reytinqi 2018-ci ildə dünyanın ən üstün universitetlərini 48 mövzu üzrə və təbiət elmləri, mühəndislik və texnologiya, biologiya və tibb elmləri, sosial elmlər və incəsənət, humanitar elmlər olmaqla beş ümumi başlıq altında sıralayıb. Bu sıralamaya əsasən, İranın 7 universiteti elektrik mühəndisliyi, tibbi mexanika mühəndisliyi, materialşünaslıq, əczaçılıq, kimya və coğrafiya kimi müxtəlif sahələr üzrə bu reytinqdə yer alıb.

Həmçinin Times reytinqinin 2017-2018-ci illərdəki nəticələrinə əsasən, Babil Nuşirəvani Sənaye Universiteti, Təbriz, Gilan, İsfahan, əz-Zəhra və Bircənd universitetləri ilk dəfə olaraq Times-ın dünya siyasında qərarlaşıblar.

Əmir Kəbir Sənaye Universiteti, İran Elm və Sənaye Universiteti, İsfahan Sənaye Universiteti, Xacə Nəsirəddin Tusi Sənaye Universiteti, Şərif Sənaye Universiteti, Təbriz Universiteti, Tehran Universiteti və Tehran Tibb Elmləri Univeristeti də Babil Nuşirəvani Sənaye Universitetindən sonra ölkənin ən yaxşı universitetləri arasında ikinci sıradadırlar.

Elm və texnologiya parklarının, inkişaf mərkəzlərinin yaradılması və meydanın elm təməlli şirkətlərə həvalə edilməsi

1980-cı illərin sonlarından etibarən elm yaratmaq üçün tədqiqat institutlarının yaradılması və Təhsil Nazirliyi kimi aidiyyatı nazirliklərin diqqət mərkəzində olan tədqiqat prosesinə olan təkid mövcud olub. Amma buna baxmayarq, bu iş elmdən texnologiya kimi istifadə olunmağa dair yeni mərhələyə daxil olduqdan və elmin elm və texnologiya parklarının yaradılması kimi bir sərvətə çevrilməsi üçün səylərdən sonra 2000-ci illərin əvvəllərindən başlayıb.

Elm və texnologiya parkları bir-birləri və universitetlərlə konstruktiv qarşılıqlı əlaqələrdə texnoloji fəaliyyətlə məşğul olmaları üçün kiçik və orta həcmli texnologiya şirkətlərinin, sənaye tədqiqat və inkişaf bölmələrinin və tədqiqat müəssisələrinin yerləşmələri üçün əlverişli mühitlərdir.

Elm və texnologiya parklarının ən əsas fəaliyyətləri bazar araşdırması, ideya, elmi tədqiqat, mühəndislik dizaynı, prototipləşdirmə, sənaye dizaynı, standartlaşdırma, texniki biliklərin tərtib olunması, əqli mülkiyyətin qeydiyyatı, kommersiyalaşdırma, sənaye istehsalı sahəsində texnoloj məhsulların satışı və sonrakı dəstəklər və digər ixtisaslaşmış xidmətlərin göstərilməsidir.

Ən son statistikaya əsasən, hal-hazırda ölkənin 43 elm və texnologiya parkında 4 min 400 elm təməlli şirkət var. 16 il ərzində (2001-ci ildən) elm və texnologiya parkının sayının 1-dən 43-ə və inkişaf mərkəzlərinin sayının 17-dən 180-a çatmasını nəzərə alsaq, parkların, inkişaf mərkəzlərinin, elm təməlli şirkətlərin sayının artmasında uğur qazanılıb.

Elmi cəmiyyətlər, müəssisələr və tədqiqat nəşrləri

Universitetlərdə tələbələrin elmi cəmiyyətlərinin olması elmi hərəkatın daha bir təzahürüdür. Təhsil, Tədqiqat və Texnologiya Nazirliyinin statistikasına əsasən, bu cəmiyyətlərin sayı 1983-cü ildə 1 dənə idisə, 2015-ci ildə bu say 2 min 847-ə çatıb. Təbii ki, bu statistika yalnız dövlət universitetlərindəki elmi cəmiyyətlərə şamildir və mərkəzi universitetlərin cəmiyyətlərinə aid deyil.

Həmçinin 200-dən çox qeyri-hökumət elmi cəmiyyət dəqiq və humanitar elmlər, texniki və mühəndislik, kənd təsərrüfatı və fənlərarası kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Təhsil Nazirliyinin tədqiqat və texnologiya üzrə keçmiş müavininin sözlərinə görə, İranda 688 tədqiqat müəssisəsi var.

Bundan əlavə, Vəhid Əhmədinin sözlərinə görə, 2016-cı ilin sonuna qədər Təhsil Nazirliyinin siyasət nəşrləri haqqında olan və ISI-də, Scopusda indekləşməyə kömək edən 1094 elmi nəşr və 150 təbliğat nəşri qeydiyyata alınıb. Buna əsasən də, təxminən 19 nəşr ISI dairəsinə daxil olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir