Elm və texnologiya zirvələrinə yüksəliş; İran İslam Respublikasının böyük addımı — 1-ci hissə

İslam inqilabından sonra İranın əsas hədəflərindən biri ölkənin davamlı və hər tərəfli inkişafı üçün elmi inkişaf idi. Bu istiqamətdə ölkənin iyirmi illik baxışı kimi makro milli siyasətlər, qısa və uzun müddətli proqramlar qurulub, İmam Xomeyni və İmam Xamaneinin güclü rəhbərliyi altında müxtəlif hökumətlər tərəfindən əməl olunub.

Elmi və tədqiqat sanksiyaları da daxil olmaqla bütün sanksiyalara rəğmən İranın elmi inkişafı elə bir sürətlə irəliləyib ki, indi İran dünya səviyyəsində yüksək dərəcədə elmi rütbələr və dünya səviyyəli elmi cəmiyyətlər arasında yüksək mövqe əldə etməyi bacarıb.

İranlı alimlərin elmi məhsullarının kəmiyyət və keyfiyyətinin artmasını, universitetlərin və tədqiqat mərkəzlərinin bir çoxunun dünyanın ən üstün universitetləri cərgəsinə daxil olmasını, elm və texnologiya parklarının və elm təməlli şirkətlərin yaradılmasını İranın son 40 il ərzində əldə etdiyi nailiyyətlərinin bir hissəsi və dünyanın elmi zirvələrinə qalxmaq üçün pilləkən kimi qiymətləndirmək olar.

İran inqilabı rəhbəri Ayətullah Xamenei 20 ildən çoxdur ki, elm yaradıcılığı və proqram təminatı inkişafını vurğulayır. Məsələn, Ayətullah Xamenei 2000-ci ildə Əmir Kəbir Universtetinin tələbələri və professorları arasındakı çıxışında deyib: Elm yaradıcılığı təkcə biliyin ötürülməsi deyil, elmi innovasiya çox əhəmiyyətlidir…Öyrənilməlidir; amma yalnız digərlərinin elmi məhsullarının istifadəçisi olmaq olmaz. Sözün əsl mənasında elm yaratmaq lazımdır.

Onun ölkələrin əsas inkişaf təməlinin elmi inkişaf olduğunu nəzərə alaraq elm istehsalına və ölkənin bu sahədə böyük sərmayə yatızdırmağına dair düzgün yol göstərənliyi müxtəlif hökumətlər tərəfindən elm yaradıcılığının izlənilməsinə səbəb olub.

Bundan əlavə, 2014-cü ildə onun tərəfindən elm və texnologiyanın ümumi siyasətlərinin çatdırılması, ölkənin hər tərəfli elmi xəritəsi kimi yüksək sənədlərin tərtib olunması və onun 2011-ci ildə qəbul olunması, elmi nüfuzun əldə olunmasına və ölkənin iqtisadi, sosial və mədəni inkişafı ilə bağlı 5 illik proqramları kimi sənədlərdə texnologiyanın inkişafına xüsusi diqqət, həmçinin həmin istiqamətdə elmi və texnoloji prioritetlərin araşdırılması və izlənilməsi üçün Təhsil Nazirliyində tədqiqatlar və Ali Elmlər, Tədqiqat və Texnologiya Şurasının yaradılması çoxlu elmi inkişaflarla nəticələnib.

Elmi məqalələrin təqdimatı formasında elm yaradıcılığı və dünya səviyyəsindəki elm yaradıcılığında İranın payının artması, müxtəlif səviyyədə olan tələbələrin və eləcə də, professor-müəllim heyətinin sayının artması, universitetlərin sayının və keyfiyyətinin artması və onların qlobal reytinq sistemləri tərəfindən təsdiqlənməsi, elm və texnologiya parklarının və elm təməlli şirkətlərin yaradılması kimi həll yollarından istifadə etməklə elmin texnologiyaya çevrilməsi meydanına daxil olmaq bu nailiyyətlərdən sayılır.

Elm yaradıcılığı statistikası

Regional elm və texnologiya informasiya mərkəzinin akademik heyətinin üzvü verdiyi müsahibədə İranın İslam inqilabından öncəki və sonrakı illərdə elm yaradıcığı barəsində deyib: Scopus sitat bazasının verdiyi məlumata əsasən, 1978-ci ildə ən mötəbər beynəlxalq nəşriyyatlarda və konfranslarda İran İslam Respublikasından 526 məqalə qeydə alınıb. Bu rəqəm 1997-ci ildə ikiqat artıb və 1069 məqaləyə yetişib.

Dr. Əli Qəzni deyib: Bu göstərici 2017-ci ildə 54243 məqaləyə çatıb. Təbii ki, ölkənin elm yardıcılığı inkişafı ilə eyni vaxtda dünyanın elmi nəşriyyatları və konfranslarının sayı artıb. Başqa sözlə, 1978-ci ildə dünyanın elm yaradıcığının sayı 605 min 810 sənəd olub. Bu sənədlər 1997-ci ildə 1 milyon 210 min 844 sənədə çatıb. 2017-ci ildə dünya sənədlərinin sayı 29 milyon 269 min 930-a çatıb.

İslam dünyasının istinad bazasının tədqiqat və texnologiya üzrə keçmiş müavini Scopus istinad bazasına əsasən dünyanın elm kəmiyyətində İranın payına toxunaraq deyib: 1978-ci ildə İranın payı bütün dünyaya nisbətdə yalnız yüzdə doqquz faiz olub. Bu rəqəm 1998-ci ildə onda bir faizə çatıb və 2017-ci ildə ölkəmizin payı dünya elminin ümümi sayı ilə müqayisədə yüzdə 1.85 faizə yüksəlib. Başqa sözlə desək, dünyada elm yaradıcılığının artmasına baxmayaraq, İranın da payı əhəmiyyətli dərəcədə artıb. İranın 1978-ci ildə dünya elminin ümümi sayındakı payı 2017-ci illə müqayisə edildikdə, İranın payının 20 dəfə artdığı görünür.

O, həmçinin İranın elmi məqalələrinə istinad həcmi barəsində deyib: ISI istinad bazasının 1990-cı ildəki məlumatlarına baxış göstərir ki, bütün dünya istinadlarına nisbətdə İranın payı yüzdə bir faiz olub. Bu pay 1994-cü ildə 2 dəfə və 1998-ci ildə 6 dəfə artıb. 2017-ci ildə isə bütün dünya istinadlarına nisbətdə İranın payı onda 1.9 faizə çatıb. Beləliklə də 2017-ci ildə bütün dünya istinadlarına nisbətdə İranın payı 1990-cı illə müqayisədə ölkə elmindən istifadənin və ya keyfiyyətinin 190 dəfə artdığını göstərir.

Tələbələrin və professor-müəllim heyətlərinin sayı

1978-ci ildəki statistikaya əsasən, bütün təhsil pillələrində iranlı tələbələrin sayı 175 min nəfər olub. İndi bu rəqəm 4 milyon 500 min nəfərdən çoxdur. Tələbələrlə bağlı statistikada mühüm məqam budur ki, ölkə daxilindəki tələbələrin sayının yarısı qədər ölkə xaricində iranlı tələbələr var idi.

Prezident yanında elm və texnologiya müavinin sözlərinə görə, İslam inqilabının qələbəsi ilə eyni zamanda 57 min iranlı tələbə Amerikada təhsillə məşğul idi. Amma bu statistika İslam inqilabından sonrakı illərdə dəyişdi. Hətta beyin axını prosesi ilə bağlı çoxsaylı xəbərlərin artmasına baxmayaraq, rəsmi statistika ölkə xaricindəki tələbələrin sayının azalmasından xəbər verir.

Sorena Setari bu statistikanı tədqiqat, texnologiya və bazar fənni nailiyyətlərinin 18-ci sərgisinin açılışında təqdim edərək deyib: Bugün 4 milyon 700 min tələbəmiz var ki, onların 12 mini ölkə xaricində təhsil alırlar.

Bundan əlavə, tələbələrin 58%-i dövlət universitetlərində və 42%-i isə özəl universitetlərdə təhsil alır. Həmçinin universitetlərin professor-müəllim heyətlərinin sayı 5 minə yaxın insandan 80 minə çatıb. Dünyanın ən üstün bir faizlik iranlı alimlərin sayı 230 nəfərdən çoxdur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir