Elm təməlli şirkətlərin köməyi ilə neft avadanlıqlarının 100% təmin olunması

Ruhullah Dehqani Firuzabadi qida təhlükəsizliyi, əczaçılıq və neft sənayesi sahələrindəki biliyə əsaslanan nailiyyətləri şərh edib.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Ruhullah Dehqani Firuzabadi biliyə əsaslanan əczaçılıq sənayesində 2 milyard dollarlıq valyuta qənaəti, yeni kənd təsərrüfatı üsulları ilə qida təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və elm təməllilərin köməyi ilə neft avadanlıqlarına olan ehtiyacın  100% aradan qaldırılması gücü barədə məlumat verib.

Dehqani deyib: Bir zamanlar neft sənayesi sahəsində avadanlıq baxımından 100% asılı idik, amma bu gün cürətlə demək olar ki, elə bir məhsul və proqram yoxdur ki, onun ölkədə istehsal gücü olmamış olsun.

O, həmçinin əczaçılıq məhsulları sahəsində aktiv olan elm təməlli şirkətlərin valyuta qənaətinin 2 milyard dollar həcmində olduğunu bildirərək deyib: Elm təməlli şirkətlər ölkənin qida təhlükəsizliyi, tibbi və dərman təhlükəsizliyi baxımından yaxşı şəraitə sahib olmasına səbəb olublar. Əvvəllər hər sanksiya tətbiq olunan zaman, ölkədə pis hadisələr baş verirdi. Amma bu gün təkcə əczaçılıq sahəsində illik 2 milyard dollara yaxın valyuta qənaətimiz var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir