Elm təməlli İran şirkəti Asiya Texnologiya Parkları Assosiasiyasının mükafatını qazanıb

İranın elm təməlli şirkətlərindən biri Asiya Elm və Texnologiya Parkları Assosiasiyasının (ASPA) ən son araşdırma və qiymətləndirməsində “Əla Mükafat”  mükafatını əldə etməyə müvəffəq olub.

Asiya Elm və Texnologiya Parkları Assosiasiyası hər il “Əla Mükafat” adlı mükafatı idarəçilik, hünər və texnologiya sahələrində bacarıqlı və innovativ şirkətlərin tanıtdırılması məqsədilə qiymətləndirilmiş şirkətlərə təqdim edir.

Bu il Monqolustanın ev sahibliyi ilə Asiya Elmi Texnologiya Parkları Assosiasiyasının 27-ci sessiyası keçirilib və Cənubi Koreya, Türkiyə və İrandan 4 şirkət finala vəsiqə qazanıb. Bu sessiyada “Qrant Mükafat” Cənubi Koreyanın tibbi implantlar istehsal edən bir şirkətinə verilib. “Əla Mükafat” adlı mükafat isə İsfahan Elm və Tədqiqat şəhərciyində yerləşən və süni intellekt keyfiyyətinə nəzarət sistemi sahəsində fəaliyyət göstərən elm təməli bir şirkətə təqdim edilib.

Tədqiqat şəhərciyində yerləşən elm təməlli şirkətin baş direktoru Mehdi Heydəri bu şirkətin əsas müştərisinin polad sənayeləri olduğunu bildirərək deyib: Bu şirkət ötən ildən etibarən, kapital cəlb etməklə, yəni fəaliyyət səviyyəsinə çatıb.

O, deyib: Bu şirkətin əsas fəaliyyət üstünlüyü məhsulların ekoloji nəticələridir.  ASPA tərəfindən Dərsa şirkətinin vəziyyətinin araşdırılması üçün çoxlu qiymətləndirmə meyarları mövcud idi. Onların ən mühümü satış, işçi qüvvəsi, şirkətdəki texnologiya, tədqiqat və inkişafdır.

Qeyd etmək lazımdır ki, Asiya Elmi Parkları Assosiasiyası beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu təşkilat Asiya regionunda elmi texnologiya, sənaye və iqtisadiyyat sahələrində birgə inkişafın əldə edilməsi məqsədilə 1997-ci ildə Yaponiyada yaradılıb. Bu qeyri-hökumət təşkilatı öz cəmiyyətlərində sənaye və iqtisadi inkişafa kömək edən innovativ təşkilatları, şirkətləri və insanları bir araya gətirməklə, Asiya sənayesi üçün yeni model təqdim etməyə və Asiyada iqtisadi konsensus yaratmağa çalışır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir