Elm təməllilərdən 4 innovativ nailiyyət

Sanksiya tətbiq olunmuş ən mürəkkəb sənaye avandlığının istehsalından tutmuş turbofan texnologiyası və müxtəlif tətbiqlərə sahib dron kimi yeni texnologiyalardan istifadəyə qədər olan yeniliklər son dövrlərdə elm təməlli ekosistemin şahid olduğu yeniliklərdəndir.

Xarici KİV-in verdiyi məlumata əsasən, İranın elm təməlli ekosistemi son dövrləri bir neçə qiymətli və əhəmiyyətli nailiyyət təqdim etməklə arxada qoyub. Bu hesabatda bu ekosistemin ən yeni innovasiya və nailiyyətlərindən 4 nümunə təqdim olunub.

Qabaqcıl sənaye avadanlıqları ilə sanksiya xəttinə hücum ölkənin elm və texnologiya ekosisteminin elm təməlli nailiyyətlərindən biridir. Elm təməlli şirkətlərdən biri, sənaye avtoklavlar, təzyiq altında qarışdıran reaktorlar, maqnitli muftalar və.s istehsal etməklə sanksiyaya məruz qalmış avadanlıqları daha sərfəli qiymətlə ölkə daxilində istehsal etməyi bacarıb.

Elm təməllilərin digər bir nailiyyəti yeni bir texnologiya, yəni turbofan texnologiyası ilə süni tənəffüs aparatının istehsalı idi. Bu texnologiyanın istifadəsi, ventilyatordan istifadə etməklə süni tənəffüsün oksigen kapsuluna möhtac olmamasına səbəb olub. Bu, tənəffüs xəstələrinin çoxunun köməyinə çatacaq və oksigen çatdırma prosesini onlar üçün asanlaşdıracaq bir naliyyətdir.

Uzaqdan idarə olunan quşlar yaxud xəritəçəkmə və meşəçilik tətbiqli dronlar, həmiçinin unikal xüsusiyyətli bitkilərin və şitillərin yetişdirilməsi üçün toxuma kulturası və genetik modifikasiya texnologiyasından istifadə elm təməlli şirkətlərdəki digər yeni innovasiyalardandır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir