Elm təməlli şirkətlər tərəfindən patrul və mühafizənin mexanizmləşdirilməsi sisteminin layihələndirilməsi

“Səhəng”, təşkilatların daxili-xarici patrul və mühafizəsinin bütün mərhələlərini mexanizmləşdirilmiş şəkildə yerinə yetirən İrana məxsus elm təməlli bir şirkət tərəfindən hazırlanmış mexanizmləşdirmə sistemidir.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, Səhəng patrul və mühafizənin ağıllı sisteminin hazırlanması ilə müxtəlif məkanların, binaların mühafizəsində diqqət, keyfiyyət artacaq.

Geomatik texnologiyanın köməyi və Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Qabaqcıl Kosmik və Nəqliyyat Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə istehsal olunmuş bu məhsul, patrul və yoxlanışın əsas hesab olunduğu dövlət və şəxsi şirkətlər tərəfindən istifadə oluna bilər.

Bu sistemin funksiyası, təşkilatların daxili-xarici patrul və mühafizəsinin bütün mərhələlərini mexanizmləşdirməkdir. O, mühafizəçi tərəfindən bütün strateji və əsas bölgələrin nəzarət altında olmasına dair xatircəmliyin yüksəldiməsi, ədalətin bərqərar edilməsi, mühafizəçilərin düzgün işləməməsindən əmələ gələn zərərlərdə və xərclərdə qənaət edilməsi məqsədi ilə hazırlanmış və istifadəyə verilmişdir.

Bu sistemdə mühafizə otaqlarını, yolları, məhdudlaşdırılmış yerləri, binaları və mərtəbələri özündə cəmləyən bir təşkilatın tam simulyasiya edilməsi ilə yanaşı, patrul-mühafizə nümunələrini proqramlaşdırma və tərtib etmə imkanı var. Bundan sonra hər bir mühafizəçinin patrul proqramı mühafizəçi otağındakı portativ cihaz üzərində görmək olar. Mühafizəçilər gərək patrul xidməti yerinə yetirdikləri zaman cihazı daşımaqla, öz xətləri üzrə doğrulama və monitorinq imkanını daha sonra qiymətləndirməni və öz işləri barədə hesabatı təşkilata bildirməlidirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir