“Roxsar” üz tətbiqi və kimliyin tanınması sistemi, naməlum şəxlərin müəyyən olunması və onların hərəkətinin qeydə alınması imkanına malik olan (İrana məxsus) yerli bir məhsuldur.
“Roxsar”, üz təsvirlərinə əsaslanan qeyriaktiv ağıllı kimlik sistemidir. Yəni, kamera önündən keçən şəxslərin həmkarlığına ehtiyac yoxdur. Aerokosmik Texnologiyaları İnkişafı Mərkəzinin və prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin qabaqcıl nəqliyyat bölümünün dəstəyi ilə Aron Paydar Yeni Rabitə Şirkəti tərəfindən istehsal olanaraq server üzərində quraşdırılıb və bir sıra ətraf mühit kameralarına çıxışı var.
Kameranın əhatə dairəsində hərəkət edən şəxslərin üz görüntüləri qeydə alınır, sifət, məlumat bazasına tanış olarsa və orada müəyyən edilərsə onların kimliyi bəlli olur.

Roxsar sistemi, axtarış üçün şəkilin, videonun köçürülməsinə və məlumat bazasına tətbiq edilməsinə malikdir. Həmçinin, naməlum şəxlərin müəyyən olunması və onların hərəkətinin qeydə alınması imkanına malikdir.
Bu sistemin tətbiq sahələrindən həssas məkanlarda, idman salonlarında, hava limanlarında, avtovağzallarda, sərhədlərdə və digər yerlərdə insanların olması yaxud keçməsi barədə xəbərdarlıq etmə imkanı yaradan təhlükəsizlik nəzarətinə işarə etmək olar. Onun üstünlüklərindən biri də işçilərin mövcudluğunun qeyri sabit olduğu hallarda hərəkətə nəzarət etməklə onların iş saatında iş yerində olmasını təsdiqləmək üçün ətraf kameralar vasitəsi ilə olub-olmamasını müəyyənləşdirməkdir.