Bircənd şəhristanının elm təməlli şirkətinin mütəxəssisləri avtomatlaşdırma, çeşidləmə, quruducu və meyvə yuma sistemlərini layihələndiriblər.
Xarici KİV-in Prezident yanında elmi müavinliyə istinadən verdiyi məlumata görə, Fərasaxte Puya Sayna Şirkətinin baş direktoru Səccad Abbasi bu şirkətin fəaliyyət sahəsinin sənaye maşınlarının dizaynı və hazırlanması, istehsal xəttlərinin avtomatlaşdırılması olduğunu bildirərək deyib: İndiyədək bir neçə məhsul, o cümlədən sənaye konveyerləri, yuyucu xətlər, kənd təsərrüfatı məhsullarının ölçü və çeşidləmə cihazları istehsal etmişik. Abadiran milli proqram sərgisi keçirildiyi zaman istehsal xətti şəklində olan iki məhsulumuzu satmağa müvəffəq olduq.
O, yerli qabiliyyətlərin dəyər zəncirinin təkmilləşməsi üçün Abadiran milli proqramın dəstəyinə toxunaraq deyib: Abadiran sərgisində satdığımız məhsullardan biri Cənubi Xorasan vilayətinin strateji məhsullarından biri olan zirinc yuma xətti idi. Həmçinin bu sərgidə bu məhsulun istehsalı üçün investisiya istiqamətində bir müqavilə imzalaya bildik. Bu da inkişaf və tərəqqi yolunda bu vilayət üçün çox böyük bir işdir.
Abbasi sözlərinin davamında əlavə olaraq deyib: Həmçinin bu sərgidə məhsullarımızı sərgiyə gələn 100-200 ziyarətçiyə təqdim etdik. Belə məhsulların İranda istehsal olunması onlar üçün çox maraqlı idi. Əslində, bu məhsullarla bağlı ilk tanışlıq yarandı və bundan sonra qarşılıqlı əlaqələr yaratmaqla daha yaxşı təbliğat aparmağı bacardıq.
Əlavə dəyər yaratmaq məqsədi ilə innab çeşidləmə cihazının hazırlanması
O, deyib: Cənubi Xorasan vilayətinin digər strateji məhsullarından biri innabdır. O, keçmişdə kiloqramla və kisə ilə alınıb-satılırdı və əməli olaraq lazımi əlavə dəyər yaradılmırdı. Buna görə də, məhsula əlavə dəyər artırılması və daha yaxşı bazara sahib olması üçün innaba məxsus cihaz layihələşdirdik. Bu cihaz məhsulu çox yüksək tutumla böyükdən kiçiyə doğru 7 ölçüdə çeşidləyə bilər. Bununla da o, həm fermerin ehtiyacını aradan qaldırır, həm də əlavə dəyər yaradır.
Fərasaxte Puya Sayna Şirkətinin baş direktoru Abadiran milli proqram sərgisində Daneşmənd müəssisəsinin vasitəsi ilə 500 milyon tümənlik iki müqavilə bağlanmasına toxunaraq deyib: Bu tədbirdə Bircənddəki Daneşmənd müəssisəsinin nəzarəti altında olan bir şirkətlə zirinc yuma xəttinə dair müqavilə bağladıq və başqa bir müqavilə də innab çeşidləmə cihazı üçün imzaladıq.