İranın elm təməlli bir şirkətinin texnologiyası olan ağıllı asfalt, yolların keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, qəzaların azalmasına da kömək edir.
Xarici KİV-in prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, İran texnologiya şirkətlərindən biri, ağıllı qırlar toplusu istehsal edib. Ölkədə yolların zədələnməsi problemi və uzun müddət aradan qaldırılmayan ziyanlar, mütəxəssilər arasında geniş mövzulardan olub. Ağır xərclərdən əlavə yol qəzaları və bu qəzalardan yaranan ölüm hadisələri, yaralanmalar, bu zəmində mövcud olan problemlərdəndir.
Qızıl Qır Texnologiyas Elm Təməlli Şirkətin idarə heyətinin üzvü Məsud Əlizadə, bu barədə deyib: Hər bir ölkədə tərəqqinin əsas prinsiplərindən biri, əsas infrastrukturun inkişafıdır. Şübhəsiz ki, nəqliyyatla bağlı infrastruktur ölkəmizin tərəqqisi və inkişafının mühüm əsaslarından biridir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yol infrastrukturunun inkişafına texnologiyanın daxil olmasını nəzərə alaraq bu sahəyə daxil olmağımızı lazımlı gördük. Bu şirkətdə texnologiya nüvəsinin yaradılması ilə ən müasir texnologiyaların bu sahədə lokallaşmasına səy olunub.
Polimerləşmə üsulu ilə ərsəyə gələn yeni nəsil ağıllı qırlarda əvvəlki qırların problemlərinin bir çoxu yoxdur və yeni hazırlanan asfaltlarda ondan istifadə olunur. Bu asfaltların əsas xüsusiyyətlərindən biri onların öz-özünə bərpa olunma qabiliyyətli olmasıdır. Bu asfaltın forma yaddaşı var. Yəni, ehtimal olunan zədələnmə və dəyişiklikdən sonra əvvəlki halına qayıda bilir.
Bu məhsulun digər xüsusiyyətlərindən biri də onların daha dərin və davamlı olmasıdır. Həmçinin, buzlama qarşısında daha dözümlüdür və sürüşkənliyi daha azdır. Bu xüsusiyyətlər bu növ asfaltlarda qəza hallarının azalmasına səbəb olub.
Bu şirkətin menecerləri bilidiriblər ki, bu məhsul təxminən 100 min ton civarında Xorasan vilayətinin Məşhəd və digər şəhərlərində istifadə olunub. Həmçinin, xarici polimerlərdən hazırlanan asfaltlar adətən adi asfaltlardan 25% baha olurlar, amma bu şirkətin polimeri və ağıllı asfaltının qiyməti adi asfaltlardan yalnız 15% yuxarıdır.
Nəqliyyat sahəsində fəal olan elm təməlli şirkətlər nəqliyyatda istifadə olunan xammal, avadanlıqlar və məhsulların istehsalı zəmnində bir çox texnologiyalar icad ediblər.