Elm təməlli bir şirkət tərəfindən səs və vibrasiya izolizasilarının yerli istehsalı

Müxtəlif sənaye və məhsullarda, xüsusən də avtomobil sənayesində texnoloji və bir çox tətbiqlərə malik  məhsullardan hesab olunan səs və vibrasiya izolizasiları, indi yerli bir texnologiya qrupu tərəfindən istehsal olunur.

İrana məxsus bir texnologiya şirkəti, yerli tenologiyadan və ekspertlərdən yararlanmaqla, xarici nümunəsi ilə eyni keyfiyyətdə olan səs və vibrasiya izolizasilarını istehsal etməyi, onu kommersiyalaşdırmağı bacarıb.

Tus Avtomobil İzolizasiyası Şirkətinin sınaq bölməsinin direktoru Yusif Zeynalı, bu məcmuənin yaradılmasının məqsədinin səs və vibrasiya izolizasilarını istehsal etmək olduğunu bildirərək deyib: Bu şirkət İranda bitum əsaslı maqnit izolizasiyalar istehsal edən ilk şirkətdir və bu məhsulu xarici nümunəsi ilə eyni keyfiyyətdə bazara çıxarıb.

O, Tədqiqat və İnkişaf sektorunun mütəxəssisləri tərəfindən avtomobil katalizatorlarının formulunun texniki fənninə yetişmək və onu inkişaf etdirmək üçün tədqiqat layihələrinin həyata keçirilməkdə olduğunu bildirərək deyib: Hazırkı məcmuə, tərtib olunmuş siyasətlər əsasında daimi olaraq qiymətli metalların miqdarının azaldılması üzərində tədqiqat aparır.

Zeynalı, bu texnoloji sektor tərəfindən yaradılmış məşğuliyyət miqdarına işarə edərək deyib: Bu məcmuədə bir başa olaraq təxminən 300 nəfər işləyir.

O, Tus Avtomobil İzolizasiyası Şirkətinin fəaliyyətlərinə işarə edib və deyib: Hal-hazıda AKT şirkəti, izolizasiya istehsalında tamamilə inkişaf etmiş iki xəttə sahibdir və ildə 6 000 ton maqnit, sadə və arxası yapışqanlı izolizasiya növlərini istehsal etmə gücünə malikdir.

O, sözlərinin davamında deyib: Tus Avtomobil İzolizasiyası Şirkəti 2005-ci ildə butil, epoksi və kauçuk əsaslı hər növ möhürləyicilərin istehsalını gümdəmində saxladı. Hal-hazırda bu şirkət İranda butil lentlərin, butil ilə üzəri örtülmüş köpüyün, butil pastaların, epoksi əsaslı gücləndiricilərin və rezin gövdə mastiklərin yeganə istehsalçısıdır. Şirkət, 2017- ci ildə  məhsulları təkmilləşdirmək və şaxələndirmək məqsədi ilə tədqiqat sahəsinə və daha sonra avtomobil katalizatoru istehsalı sahəsi sənayesinə daxil olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir