Elm təməlli bir şirkət ağıllı mürəkkəb kimi bəzi məhsullarla İran üçün sərvət istehsal edib

İranın elm təməlli şirkətlərindən biri brend əsaslı sahibkarlıqla və ağıllı mürəkkəb, uşaq üçün nanooyuncaq və sağlamlığa yönəlmiş bakteriopod kimi xüsusi innovativ məhsullar istehsal etməklə ölkə üçün sərvət yarada bilib.

Bəzən qələmlər soyuq yaxud tropik bölgələrdə yazarkən problemlə üzləşir. Bunun səbəbi qələmin kağız üzərində axmamasına səbəb olan mürəkkəbin özlülüyüdür. Elm təməlli şirkətlərdən biri 4 il tədqiqatdan sonra dünyada ilk dəfə olaraq ağıllı mürəkkəb hazırlayıb. Bu ağıllı mürəkkəb müxtəlif temperatur, təzyiq və rütubət şəraitində və müxtəlif coğrafi ərazilərdə eyni şəkildə yazır.

Qələmin mürəkkəbi soyuq bölgələrdə maye və tropik bölgələrdə isə bərkiyir. Bu istehsal qrupu həm uyğun qiymətə, həm də avtomatik mürəkkəbə malik olan qələm ardınca idi. Mürəkkəbin özlülüyü 27 dərəcə Selsiyə qədər temperaturda dəyişməməsi üçün materialları xüsusi istilik ilə ona əlavə edib, qarışdırdı.

Digər tərəfdən də mürəkkəbin standart testi 23 dərəcə Selsi səviyyəsində olmalıdır. Mürəkkəb sınaq zamanı öz növü əsasında tənzimlənir ki, hər yüz metr xəttdə onun ucundan nə qədər çıxsın. Bu qədər enmə mürəkkəb adlanır. Bundan başqa şəraitdə qələm yazmır.

İnnovativ ağıllı mürəkkəb məhsulu bir ildir ki, satılır. Şirkətin baş direktorunun sözlərinə görə, onun bu ilki istehsal tutumu 2 dəfə artıb və onun bazar və laboratoriya sınaqları da aparılıb. Bu cəlbedici məhsul müxtəlif temperatur, təzyiq və rütubət şəraitində və müxtəlif coğrafi ərazilərdə özlülüyün ən az dəyişməsinə malikdir. Bunun nəticəsi idə müxtəlif coğrafi ərazilərdə onun bərabər şəkildə yazmasıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir