İranlı texnoloqlar beş barmaqlı və yüngül olduğuna görə əlillər üçün çox faydalı olan bir məhsul hazırlayıblar.
Əl nahiyəsindən məhrum olan əlillərin və veteranların sayının yuxarı olmasını nəzərə alsaq, İran daxilində protez ələ olan ehtiyac qaçılmazdır. Ölkəyə gətirilən bahalı protezlərin çəkisi ağır və faydası azdır. İranda bionik protezlərin yeganə istehsalçısı olan şirkətlərdən biri protez əl istehsal etməyə müvəffəq olub. Bu məhsul xarici nümunəsi ilə müqayisədə çox yüngül, zərbəyə, sürtünməyə və təzyiqə qarşı çox dayanıqlıdır. Digər tərəfdən də bu protezin beş barmağı var. Xarici nümunəsində üç barmaq olduğundan səmərəliliyi azdır.
Məhsulu istehsal edən şirkət 2021-ci ildə qeydiyyata alınıb və məhsul istehsalına başlayıb. 2023-cü ildə isə yerli texnologiyaya sahib protez əl kommersiyalaşdırılıb.
Şirkətin baş direktoru Nima Haşimi verdiyi müsahibəsində deyib: Süni protez əl, əlləri amputasiya edilmiş əlillər və veteranlar üçün münasibdir. Onu əllərinə taxır və işlədirlər. Bu məhsula mexanik və bionik protez əl deyilir. O, İranda yalnız bizim şirkətdə istehsal edilir. Bu məhsulun istehsalı dünyanın 5 ya 6 ölkəsində həyata keçirilir.
Haşimi bu məhsulun müştəriləri barəsində deyib: Bu protezi ortopedik klinikalara satırıq. Müştəri özü də onu birbaşa olaraq bizdən ala bilər. Təbii ki, dövlət qrumları arasında Rifah Təşkilatı və Qızıl Aypara Cəmiyyəti əsas hədəflərdir və növbəti pillədə ortopedik klinikalar və insanlar dayanırlar.
O, həmçinin bildirib: İrana gətirilən xarici protez əllərin bir neçə problemi var idi. O problemlərdən biri həmin protez əlin 3 barmaqlı olmasıdır. Bizim şirkətin istehsalı olan protez əlin isə 5 barmağı var və hər 5 barmaq da işləyir. Digər tərəfdən də bizim məhsulumuz çox yüngüldür və qiyməti də xarici nümunəsindən aşağıdır.
Haşimi sözlərinin davamında deyib: Ayaq protezi ölkədə hazırlanır. Əl protezinin texnologiyası xüsusidir və (İran da daxil olmaqla) dünyanın bir neçə ölkəsinin ixtiyarındadır.