Xarici KİV-in Prezident yanında Elm və Texnologiya Müavinliyinə istinadən verdiyi məlumata əsasən, Prezident yanında Elm və Texnologiya Müavinliyinin Nano Mərkəzi, Prezident yanında Elm və Texnologiya Müavinliyinin xarici nümayəndələrinin dəstəkçisi kimi müxtəlif ölkələrdə nümayəndələrinin sayını davamlı şəkildə artırmaq üçün çalışır. Hal-hazırda da texnologiya nümayəndələri 6 ölkədə İtaliya, Türkiyə, Tayland, Filippin, Ermənistan və Suriyada fəaliyyət göstərirlər.
Onların İtaliyadakı səyləri elm təməlli şirkətlərdən birinin fəaliyyətinin qeydə alınması və yarı sənaye və sənaye elektrospinning cihazlarının ixrac olunması üçün müzakirərlə nəticələnib. Həmçinin, Suriyada diaqnostika setləri sahəsində elm təməlli məcmuələrdən birinin məhsullarının ixracatı üçün danışıqların aparılması, bu nailiyyətlərdən biridir.
Türkiyə də İrana məxsus elm təməlli şirkət məhsullarını özünün online satış saytlarında yerləşdirib. İran istehsalı olan polimer və birləşmələrin Ermənistana ixrac olunması üçün aparılan danışıqlar da Nano Mərkəzinin texnologiya nümayəndələrinin sərhədlərdən kənardakı fəaliyyətlərinin nəticəsidir. Taylanda bu texnoloji vasitələrin köməyilə İrana məxsus iki texnologiya şirkəti ilə sinakorkumin məhsullarının ixracı üçün həmkarlıq müqaviləsinin müddəti uzadılıb.
Filippin də İran məhsullarına müştəri olan bazarlardan biridir və iki elm təməlli şirkətlə sinakorkumin, sinadoksoma, sinalio və nanokorkumin klinik sınaq məhsullarının ixracı üçün müqavilələr bağlayıb. Xərçəngin diaqnozu və müalicəsi üçün elm təməlli bir şirkət tərəfindən tibbi məhsullar və avadanlıqlar sahəsində istehsal olunmuş məhsulların qeydə alınmasından ötrü danışıqlar, texnologiya nümayəndələrinin səyləri nəticəsində bu ölkədə qeydə alınmış digər bir nailiyyətdir.