Kimya elmi üzrə dünyanın ən mötəbər elmi jurnallarından biri, üz qabığının görüntüsünü iranlı alimlərin tədqiqat mövzusuna həsr edib. Bu tədqiqat gələcəkdə yeni təbii birləşmələrinin tapılmasına zəmin yaradacaq.
Xarici KİV-in verdiyi məlumata görə, kimya elmi üzrə dünyanın ən mötəbər elmi jurnallarından biri olan Analytical Chemistry jurnalının redaksiya heyəti bu jurnalın son sayının üz qabığının şəklini iranlı tədqiqat qrupunun bir araşdırmasından seçib.
Bu araşdırmanın mövzusu qızıl nanorodların həkk olunması (oyulması) üçün yeni medotun təqdim olunmasıdır. Bu nanorodlardan yeni boya sinfi kimi istifadə etmək bir müddətdir ki, tədqiqatçıların diqqət mərkəzindədir və bu nanorodlardan birləşmələri müəyyən etmək və izləmək üçün istifadə olunur. Rəngli görünmək maddənin görünən işığın müəyyən dalğa uzunluğunu udub, qalanını ötürdüyü yaxud əks etdirdiyi zaman baş verir. Beləliklə də, qızıl nanorodlar müxtəlif birləşmələrin kənarında yerləşməklə müxtəlif rənglər göstərə bilərlər.
Analytical Chemistry jurnalının üz qabığında dərc olunan iranlı alimlər tərəfindən təqdim olunan araşdırma qızıl nanorodların köməyi ilə birləşmələrin müəyyən edilmə prosesini yaxşılaşdırmaq məqsədi daşıyır. Şərif Sənaye Universitetinin Kimya Fakültəsinin analitik kimya professoru Muhəmməd Rza Hormozi Nejadın tədqiqat qrupu qızıl nanorodların həkk olunması üçün bəzi təkliflər irəli sürməklə, 20 təbii amin turşusunun müəyyən edilməsi və miqdarının təyin edilməsi üçün yeni kolorimetrik üsul təqdim edib. Qeyd etmək lazımdır ki, bu araşdırmada süni intellektdən də istifadə olunub.
Sadə dillə desək, bu elmi araşdırmanın köməyi ilə 20 növ amin turşusunu kolometriya vasitəsilə müəyyənləşdirmək olar.
Bu yanaşma, yəni üzvi birləşmələrin nanorodlarla reaksiyaya girməsi rəngarəng sensorların dizaynı üçün çoxlu fürsətlərə zəmin yaradacaq.
Bu tədqiqat işinin nəticələri Kimya fakültəsinin analitik kimya üzrə doktorantı Əfsanə Orucinin magistr tələbəsi Mehdi Qəmsərinin əməkdaşlığı ilə hazırladığı dissertasiyasının bir hissəsidir.