“Dəmir-ksilomannan nanokompozit” adlı bio-nanotexnoloji məhsul Royan Akademik Cihad Tədqiqat İnstitutunun və Şəhid Behişti Universitetinin 6 il birgə və davamlı tədqiqatlarından sonra hazırlanıb.
Xarici KİV-ə istinadən verilən məlumata görə, istehsal olunmuş “Dəmir-ksilomannan nanokompozit” məhsulu biouyğun tibbi birləşmədir və bu məhsul dünyada ilk dəfə olaraq İranda hazırlanıb. Bu məhsulun heyvan üzərində yumurtanın in vitro yetkinləşməsi (IVM; In Vitro Maturation) və ektopik gübrələmə (IVF; In Vitro Fertilization) nəticələrinin yaxşılaşmasında əhəmiyyətli nəticələr əldə edib. O, klinik istifadə və insan köməyi ilə çoxalma üsullarında yaxşı proqnoz verir.
Bu məhsul toxumanın, cinsi hüceyrələrin, xüsusən də siçan yumurtaların və embrionların şüşə dondurulması prosesinin yaxşılaşdırılmasında yeni bioloji birləşmə kimi istifadə olunur. Tezliklə bu məhsul insan nümunələrində sınaqdan keçiriləcək.
Reproduktiv Elmlər üzrə Tədqiqatlar İnstitutunun və Royan Akademik Cihad Tədqiqat İnstitutunun Embrologiya şöbəsinin akademik heyətinin üzvü dr.Ruhullah Fəthi və Şəhid Behişti Universitetinin Biologiya Elmləri və Texnologiyaları Fakültəsinin akademik heyətinin üzvü dr. Məhəmməd Rza Qələmbəran “Dəmir-ksilomannan nanokompozit” adlı bio-nanotexnoloji məhsulu dizayn edərək hazırlayıblar.
Bu məhsul 6 il elmi araşdırmanın və Şəhid Behişti Universiteti ilə Royan Tədqiqat İnstitutunun tədqiqatçıları arasındakı effektli və uğurlu fənlərarası əməkdaşlığın nəticəsidir.
Bu məhsulun istifadəsi ilə bağlı araşdırmaların və tədqiqatların bəzi nəticələri reproduktiv emlərlə bağlı etibarlı beynəlxalq nəşrlərdə çap olunub və “kriobiologiya” kimi beynəlxalq konfranslarda təqdim olunub. Bu məhsul üzrə tədqiqatçılardan ibarət qrup 2022-ci ildə Dünya Kriobiologiya Cəmiyyəti Beynəlxalq Gənc Tədqiqatçı Mükafatını da qazanmağa nail olub.
Bu məhsul İranın Elmi və Sənaye Tədqiqatları Təşkilatında patentləşdirilib. Adı çəkilən tədqiqatçılar reproduktiv emlərlə, embrologiya və (hüceyrə və toxuma kimi) bioloji nümunələrin dondurulma üsuli ilə saxlanılması sahəsində fəaliyyət göstərən digər tədqiqatçıların ehtiyacını aradan qaldırmaq üçün onu yarı sənaye miqyasında istehsal etmək niyyətindədirlər.
“Dəmir-ksilomannan nanokompozit” məhsulu tibb elmləri və qida sənayesi tədqiqatlarının digər ehtiyaclarında istifadə edilə biləcək tərzdə hazırlanıb. Yaxın gələcəkdə bu məhsulun daha yeni və müxtəlif tətbiqlərə malik nümunələri təqdim olunacaq.
Qeyd olunan elmi və tədqiqat qrupunun uğurlu əməkdaşlıqları ilə bağlı digər nailiyyət ölkənin ehtiyac duyduğu kadrların yetişdirilməsi olub. Belə ki, indiyə qədər magistratura, doktorantura və doktoranturadan sonrakı təkmilləşdirici təhsil mərhələlərində bir sıra tələbə, tədqiqatçı və araşdırmaçı hazırlanıb və onların bəziləri ölkə daxilindəki tədqiqat mərkəzlərində fəaliyyət göstərirlər.