Dünya mütəxəssisləri bir neçə nano standartın tərtibini İrana həvalə ediblər

“Nano ISO” qlobal texnologiya komitəsinin 26-cı iclasında İrandan olan mütəxəssislər də iştirak edib və nano maskalarının standartının tərtib olunması üçün öz təkliflərini irəli sürüblər. ISO üzvlərinin səs verməsindən sonra İranın təklifinin standartlaşma prosesinin növbəti mərhələsinə göndərilməsi qərara alınıb.

Xarici KİV-in Nano və Mikro Texnologiyaların İnkişafı Mərkəzinə istinadən verdiyi məlumata görə, Nano ISO texnologiya komitəsinin 26-cı iclası İran, Avstraliya, Avstriya, Braziliya, Kanada, Çexiya Respublikası, Fransa, Almaniya, Yaponiya, ABŞ, Cənubi Korea, Malaziya, Sinqapur, İsveç, İngiltərə və Çindən olan mütəxəssislərin iştirakı ilə əyani və virtual olaraq keçirilib.

Bu iclasın diqqəti üstünlüklərin təyin olunması, problemlərin həlli və beynəlxalq standartlara dair layihlərin inkişafı üzərində cəmlənib. Yerli mütəxəssislər bu iclas zamanı virtual olaraq bu komitənin ixtisaslaşmış işçi qruplarının iclaslarında aktiv iştirak ediblər və bu iclasda İran İslam Respublikasının məsuliyyəti altında tərtib edilməkdə olan 3 beynəlxalq standart da ISO üzləri tərəfindən müzakirə olunaraq nəzərdən keçirilib.

Nano maskalar mövzusundakı standart bu iclasda təqdim olunan İranın məsuliyyəti altında tərtib edilməkdə olan standartlardan biridir. ISO üzvlərinin səs verməsindən sonra onun standartlaşma prosesinin növbəti mərhələsinə göndərilməsi qərara alınıb. İranın məsuliyyəti altında olan digər bir standart təklifi nanoemulsiya mövzusu ilə təqdim edilib və ISO üzvlərinin və ekspertlərinin fikirlərinə layihə məsulu tərəfindən cavab verildikdən sonra növbəti tərtib edilmə mərhələsinə keçib. Həmçinin daha əvvəl bu komitədə tərtib edilmiş və dərc olunmuş nanokilin xüsusiyyətlərinin müəyyənləşməsi mözvusu ilə İranın təklif etdiyi standart üzvlərin konsensusundan sonra yenidən təsdiq olunub.

Bundan əlavə, digər ölkələr tərəfindən təklif olunmuş tərtib edilməkdə olan qrafen, 2D, nano gübrələr, nano sensorlar və nano məhsulların etiketlənməsi standartları kimi standartların nəzərdən keçirilməsində İranın yerli ekspertləri keçirilmiş ölkə daxili iclaslarda öz fikirlərini və təkliflərini ISO təşkilatına göndərmişdilər. Qeyd etmək lazımdır ki, ISO-da müxtəlif nano sektorlarında indiyədək 106 standart dərc olunub və İran 12 standart təklif etməklə ən aktif ISO üzvləri arasında 4-cü yerdə qərarlaşıb.

Beynəlxalq standartların tərtib olunması adətən 2-3 il çəkir. ISO təşkilatında beynəlxalq standartların tərtib edilməsinin əsasını üzv ölklərinin qlobal konsensusu təşkil edir. Texniki komitələrə üzv olan ölkələr standartın tərtib olunmasının müxtəlif mərhələrində standartın təkmilləşməsi və inkişafı üçün ixtisaslaşmış müxtəlif nəzərlər təqdim edirlər. ISO təşkilatının nanotexnologiya standartları üzrə texniki komitəsində əsas üzv olaraq 39 ölkə və nəzarətçi olaraq 18 ölkə var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir