Dünya Güləş Birliyi reytinqinin Yunan-Roma güləşi

Dünya Güləş Birliyinin reytinqinin və Misirin İbrahim Mustafa kubokunun beynəlxalq Yunan-Roma güləşi yarışları davam etməkdədir.

97 kq çəki dərəcəsində Muhəmməd Hadi Sarəvi, birinci dövrədə istirahətdən sonra ikinci dövrədə Gürcüstanlı Georgi Milya qarşısında 2-0 hesablı üstünlük əldə edərək 4/1 final mərhələsinə yollanıb.

Olimpiya bürünc medalı sahibi, bu mərhələdə Macarıstandan olan Tamaş Levayla mübarizə aparıb. 5-2 hesabı ilə bu güləşçini məğlub etməyi və yarım finala yüksəlməyi bacarıb.

Sarəvi, yarım final görüşündə Çexiya Respublikasından olan rəqibi ilə yarışıb və onu 5-2 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib.

97 kq çəki dərəcəsindəki iranlı güləşçi son görüşdə Gürcüstandan olan dünya bürünc medalı sahibi Roberti Kublyaşvili ilə qarşılaşmalı idi. O, gürcüstanlı rəqibinin iştirak etməməsi səbəbi ilə mübarizə aparmadan qızıl medala sahib olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir