Misirin İbrahim Mustafa kubokunun beynəlxalq güləş yarışlarına qatılmış İranın 3 idmançısından 2-si qızıl medal əldə edərək yarışları başa vurublar.
Dünya Güləş Birliyi reytinqinin 2023-cü ildəki ikinci yarışı olan Yunan-Roma güləşi üzrə İbrahim Mustafa kuboku, 23-24 Fevral tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçirilib.
Üç nümayəndə ilə bu yarışlarda iştirak edən İran komandası, 63 kq çəkidə Meysəm Delxani və 97 kq çəkidə Muhəmməd Hadi Sarəvi tərəfindən 2 qızıl medala sahib olub.
72 kq çəki dərəcəsində çıxış edən Muhəmməd Rza Gerayi, zədələndiyinə görə, müsabiqədən imtina edərək beşinci olub.