Dağ xizək yarışları üzrə Dünya çempionatı, kiçik spiralın ilkin bölümündə iranlı xizəkçilərin tarix yazması ilə birgə olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, dağ xizək yarışları üzrə Dünya çempionatının davamında Fevralın 18-də kişilər arasında kiçik spiralın ilkin yarışları keçirilib, Muhəmməd Kiyaderbəndsəri və Muhəmməd Save Şəmşki, tarix yazıblar.
İranın kişilərdən ibarət 4 nümayəndəsinin iştirak etdiyi bu yarışlarda Muhəmməd Kiyaderbəndsəri və Muhəmməd Save Şəmşki, eyni zaman göstəricisi ilə Dünya çempionatı yarışlarında İran xizəyi tarixinin ən yaxşı nəticəsini əldə ediblər. 118 idmançı arasında 23-cü yerdə qərarlaşaraq yarışların finalına vəsiqə qazanıblar.
İran xizək tarixində ilk dəfədir ki, iki dağ xizəyi idmançısı Dünya çempionatı yarışlarının finalına yol tapmağı bacarıb.
Bu iki iranlı idmançı kiçik spiralın final yarışlarında dünya səviyyəli rəqibləri ilə mübarizə aparmalıdır.