Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri prenatal skrininq testləri üçün sütun üsulu ilə amniotik mayedən DNT çıxarmaq və ananın qanından dölün DNT-sini çıxarmaq üçün dəst hazırlamağa müvəffəq olublar.
Doğuşdan öncə anormallığın müəyyən edilməsi səbəbi ilə dölün sağlamlıq vəziyyətinin araşdırılması və skirininq testlərinin həyata keçirilməsi çox əhəmiyyətlidir.Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri prenatal skrininq testləri üçün sütun üsulu ilə amniotik mayedən DNT çıxarmaq və ananın qanından dölün DNT-sini çıxarmaq üçün dəst hazırlamağa müvəffəq olublar. Bu dəstlər ölkədə ilk dəfədir bu keyfiyyət və rahatlıqla istehsal olunur.
Şirkət geniş çeşiddə molukulyar bioloji testlər hazırlamaq məqsədi ilə 2013-cü ildə öz fəaliyyətinə başlayıb. Hal-hazırda ən yüksək dünya keyfiyyət standartlı diaqnostik dəstlər, fermentlər, tamponlar və molekulyar məhlullar kimi məhsulları dünyadakı laboratoriyalara, klinikalara, xəstəxanalara və tədqiqat mərkəzlərinə təqdim edir.
Bu elm təməlli şirkətin baş direktoru Əmir Əli Kərimi şirkətin yerli bilik, tədqiqat və inkişafa söykəndiyini bildirərək deyib: Şikətimiz ölkədə molekulyar dəstlərin ən böyük istehsalçılarından biri olaraq korona virusunun çıxarılması və diaqnostika dəstlərinin təmin olunmasında həyati rol oynayıb. Şirkət pandemiya dövründə də müalicə və diaqnostika mərkəzlərinə 20 milyondan çox test təqdim edib.
O, sözlərinin davamında deyib: Həmçinin şirkətdəki fəal tədqiqat və inkişaf bölməsi hal-hazırda dang qızdırması və meymun çiçəyi üçün diaqnostik dəstlər üzərində işləyir ki, ölkənin bu sahədəki ehtiyacını ödəsin.
Zhivan Biotech Roje şirkətinin baş direktoru Kəriminin sözlərinə görə, bu şirkət ISO10002, ISO13485, ISO90001 və ISO10004 beynəlxalq standartlarını əldə etməklə, keyfiyyət, idarəetmə və müştəri razılığının bu şirkətin öndə dayanan hədəflərindən olduğunu göstərir. Bu standartlar qlobal səviyyədə bu şirkətin məhsullarının və xidmətlərinin yüksək keyfiyyət səviyyəsinə zəmanət verir.
O, həmçinin bildirib: Bundan əlavə, Zhivan Biotech Roje şirkətinin məhsuları yerli texnologiya və yüksək keyfiyyətdən bəhrələnərək ölkə üçün əhəmiyyətli dərəcədə valyuta qənaətinə səbəb olub. Həmçinin bu şirkət ixracat sahəsində də fəaldır və öz məhsullarını Türkiyə, Rusiya, İraq, Suriya, Oman, Əfqanıstan və Tacikistana ixrac edir. Atılan bu adımlar ölkənin biliyə əsaslanan iqtisadiyyatının inkişafına çox kömək edib.
Kəriminin sözlərinə görə, 96.5%-dən yuxarı istehlakçının məhsullardan razı qalması bu testlərin yüksək keyfiyyətinin göstəricisidir. Belə ki, bu elm təməlli testlərin keyfiyyəti Avropa nümunələri ilə rəqabətdə önə keçib.