Diz əməliyyatlarını yaxşılaşdırmaq üçün iranlı elita tərəfindən hazırlanmış cihaz

Diz protezi əməliyyatının yaxşılaşdırılması üçün protezin funksiyasının təyin olunmasından ötrü sınaqların keçirilməsi zəruridir. Diz protezinin möhkəmliyi və sabitliyi ilə bağlı sınaqları yerinə yetirən cihaz, Xarəzmi Gənclər Fevtivalının seçilmiş layihələrinin birinin mövzusu olub.

Dünyada oynaq dəyişdirilmə əməliyyatlarının ən geniş yayılmış üsullarından biri diz protezinin dəyişdirilməsidir. İranda hər il 50 000 oyaq dəyişdirilmə əməliyyatı həyata keçirilir ki, həyata keçirilmə çətinliyindən əlavə çoxlu xərclərə səbəb olur. Bu əməliyyatın sürətlə artması, protezlərin funksiyasının yaxşılaşdırılması və faydalı olması üçün çoxlu səylərin göstərilməsinə səbəb olub.

Hər bir xəstənin fiziki vəziyyətinə uyğun protezin seçilməsi lazımdır ki, əməliyyatdan sonra adi yaşayışına qayıda bilsin. Diz protezinin yaxşılaşdırılması üçün ən əsas məsələlərdən biri, protezin davamlığı və möhkəmliyidir. Möhkəmlik, güc və fırlanmanın tətbiqi zamanı, yerdəyişmələr və fırlanmalar qarşısında diz protezinin iki hissəsi arasındakı müqaviməti təsvir edən termindir.

Həkim, gərək xəstənin şəraitinə uyğun olaraq münasib göstəricilərə sahib olan protez seçsin. Buna görə də müxtəlif protezlərin kinematik funksiyasını müqayisə etmək üçün standart sınaq cihazının olması zəruridir. Bu mövzu, 24-cü Xarəzmi Gənclər Festivalının seçilmiş layihələrinin birinin diqqət mərkəzində olub.

Bu layihədə diz protezinin möhkəmliyinin test cihazına dair tələblər standartlarda, ədəbiyyatda, kommersiya nümunələrində mövcud olan məlumatlar əsasında müəyyən edilib və konsept dizayn, detallı dizayn da onların əsasında hazırlanıb. Bu cihazın hissələri və mexanizmi elə bir formada seçilib ki, qurula bilən və praktiki olsun.

Ehtiyac olan giriş-çıxış təhlilinə əsasən, cihazın elektrik panelinin dizaynı ərsəyə gəlib və bundan sonra müxtəlif sənaye sexlərində hissələrin hazırlanma prosesi baş tutub. İstehsalın son prosesləri və elektrik panelinin tətbiqindən sonra sonda cihazın bütün hissələri montaj olunaraq birləşdirilib.

Müxtəlif testlərin həyata keçirilməsi üçün PLC kodlaşdırması, sensorların kalibrlənməsi, universal tətbiq əlaqələndiricisi dizaynı kompüterdə yerinə yetirilib ki, onun vasitəsilə cihaza əmr vermək və lazım olan məlumatları qrafik mühitdə möhkəmlik diaqramları şəkilində görmək olar.

Sonda cihazın düzgün işləməsini yoxlamaq üçün bəzi testlər həyata keçirilib və onun nəticələri analitik həll ilə müqayisə olunaraq cihazın düzgün funksiyası təsdiq edilib. Bu cihaz, diz prostezlərində mövcud olan sərtliyi ölçmək qüdrətinə malik olan sənaye avtomatlaşdırma sistemi və dəqiq bir alətdir.

Diz protezinin möhkəmliyini, davamlılığını yoxlayan cihazın hazırlanma dizaynı, Şərif Sənaye Universiteti və Muvəffəqiyan Mərkəzinin dəstəyi ilə Həsən Nəsiri Xonsari tərəfindən həyata keçirilib, 24-cü Xarəzmi Gənclər Festivalında ixtisaslaşmış mexanika mühəndisliyi qrupunun praktiki layihələri üzrə 2-ci yerə layiq görülüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir