Diş çürüməsinin qarşısını alan İrana məxsus kompozit

Elm təməlli şirkətlərdən birinin tədqiqatçıları xüsusilə uşaqlarda diş çürüməsinin qarşısının alınması məqsədi ilə istifadə olunan nanozərrəciklərə sahib diş kompozitinin istehsalına və kommersiyalaşdırılmasına nail olublar.

Xarici KİV-in Elmi Müavinliyə istinadən verdiyi məlumata görə, elm təməlli şirkətlərdən birinin idarə heyətinin rəhbəri diş çürüməsinin qarşısını almaq üçün mövcud olan yollarından birinin diş boşluqlarındakı yarıqların örtülməsi və hamarlaşdırılması olduğuna işarə edərək deyib: “Yarıqların örtülməsində istifadə olunan birinci nəsil tərkiblər rezin maddələr idi. Bu maddənin ən yeni formulasiyasında nanozərrəciklərdən istifadə olunur. Bu şirkətin məhsulu da tərkibində nanozərrəciklər istifadə olunan diş kompozitidir. Bu kompozit həm diş yarığını doldurur və nanozərrəciklərdən istifadə olunduğuna görə, fosfat və kalsiumun buraxılması ilə dişin daha yaxşı möhkəmləşməsinə də çox kömək edir.”

Onun sözlərinə görə, diş yarıqları xüsusilə də uşaqlarda həssas və kariyesə meyilli boşluqlardan biridir. Yarıqları bağlamaqla çürümənin qarşısını almaq olar. Təbii ki, böyüklərdə də bu yarıqlar mövcuddur, amma yarıqların dərinliyi uşaqlarda daha çoxdur. Rezin maddələr yalnız yarığın səthini örtür, amma bu kompozitlər yarığın dərinliyinə də nüfuz edib, onu doldururlar. Bu yarıqlar doldurulmadığı təqdirdə, yeməyin bu yarıqlarda ilişmə və dişi çürütmə ehtimalı var.

Bu texnoloq bildirib: “Hal-hazırda bu diş kompozitinin istehsal xətti işə salınıb və illik olaraq təxminən 10 000 şpris istehsal edirik ki, bu məhsul da ölkə daxili bazarlara təqdim olunur. Sosial Müdafiə Təşkilatının klinikaları və tibb elmləri universitetlərinin müalicə mərkəzləri İrana məxsus bu elm təməlli məhsulun müştəriləri sırasındadırlar. Bu məhsul yenicə bazara daxil olub və satışda artım tendensiyası olacağı gözlənilir. Ölkə daxili bazarların və ixracat bazarlarının potensialını nəzərə alsaq, ölkə daxilində və ölkə xaricində bu məhsul üçün çoxlu fürsətlər var. Bu diş kompozitinin qiyməti xarici nümunələrinin qiymətinin üçdə birinə bərabərdir, halbuki, keyfiyyət baxımından xarici məhsullarla rəqabət aparma qabiliyyətinə malikdir. Biz lazım olan təsdiqləri əldə etmiş və məhsulun istehsalı üçün lisenziya almışıq.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir