Dırnaq göbələyi infeksiyasının müalicəsi üçün İran polimer mikro dərmanının istehsalı

İran polimer mikro dərmanı dırnaq göbələyinin bir növünün müalicəsi üçün istehsal edilib. Bu dərman bazara çıxarılması üçün lazımı lisenziyaları əldə etmə mərhələsindədir.

Bu dərmanı istehsal edən şirkətin baş direktoru dr. Ərsəlan Paşapur dırnaq göbələyinin bir növünün müalicəsi üçün istifadə oluna bilən mikro dərmanın inkişafı haqda məlumat verib.

O, deyib: Bu dərman tərkibində amorolfin olan formulasiyadır. Bu dərmanda amorolfin bir növ polimerin içərisinə yerləşdirilir ki, sərbəst şəkildə dırnağın üzərinə buraxılsın.

Amorolfin əl və ayaq barmaqlarındakı göbələk infeksiyasının bir növü olan onikomikozun müalicəsi üçün istifadə olunur. Bazarda mövcud olan məhsulların əksəriyyəti məhlul halında olub, tez bir zamanda pozulur və öz təsirini itirir. Amma bu dərman lak şəklində olub, dırnaq üzərinə çəkilir və quruduqdan sonra dərmanı yavaş-yavaş buraxır.

Bu mütəxəssis bildirib: Amoronic markası ilə təqdim olunacaq bu dərman dırnaq üzərində yüksək yapışqanlığa malik olub, rəngsizdir. Hal-hazırda lazım olan lisenziyalar əldə edilib və Qida və Dərman Təşkilatının təsdiqini gözləyirik. Dırnaq toxuması ölü olduğundan göbələk əleyhinə olan ümumi dərmanlar ona çox da təsir etmir, halbuki, bu formulasiya çox təsirlidir.

Paşapur sözlərinin davamında deyib: Bəzən şəkər xəxtələrində dırnağın forması dəyişir ki, bu da göblələk infeksiyası nəticəsində baş verir. Bu dərman bu xəstələrə çirklənmə riskini minimuma endirmək və onların daha sürətli müalicəsi istiqamətində çox kömək edə bilər.

O, həmçinin qeyd edib: Bu mikro miqyaslı dərmanın inkişafı Rincast kimi tanınan Nano Texnologiyaların İnkişafı Mərkəzinin dəstəklədiyi proqramlardan biri çərçivəsində həyata keçirilib. Daxili inkişaf proqramı şirkətlərdə tədqiqat və inkişaf riskini azaldır və onları məhsul yeniliyi və yaradıcılığa təşviq edir.

Bu dərman şirkətinin baş direktoru bu dərmanın təqdim olunduğu ilk ildə onun 400-500 min ədəd arasında satışının gözlənildiyi barədə məlumat verib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir