Diaqnostik və müalicəvi radiofarmasevtiklərin istehsalında İranın regionda unikal mövqeyi

Atom Enerji Təşkilatının Strateji Proqramlaşdırma və Nəzarət üzrə müavini diaqnostik və müalicəvi radiofarmasevtiklərin istehsalında İranın regionda unikal mövqeyinə işarə edərək deyib: Qalxanabənzər vəzi xərçəngi xəstələrinin müalicəsi üçün radioterpevtik yod 131-i istehsal etməyə nail olduq.

Xarici KİV-in verdiyi məlumata görə, İran Atom Enerji Təşkilatının Strateji Proqramlaşdırma və Nəzarət üzrə müavini Məhəmməd Qənnadi radiofarmasevtik istehsalı sahəsində İranın birinci yeri əldə etməsi barədə deyib: Diaqnostik və müalicəvi radiofarmasevtiklərin istehsalı sahəsində regionda unikal bir mövqe əldə etməyə nail olmuşuq.

O, verdiyi müsahibədə deyib: Radiofarmasevtiklərin istehsalında region səviyyəsində diqqətəlayiq mövqe əldə etməyi bacarmışıq və indi terapevtik radiofarmasevtiklərin istehsalı baxımından regionda birinci yerdəyik. Diaqnostik və müalicəvi radiofarmasevtiklərin ixracatı baxımından da yaxşı mövqeyə sahibik.

Atom Enerji Təşkilatının müavini əlavə olaraq deyib: Biz dünya səviyyəsində böyük ölkələr tərəfindən istehsal olunan radiofarmasevtiklərin istehsalı üçün tədqiqat və araşdırmalar aparırıq. Bu baxımdan, inkişaf etmiş ölkələr və müalicə mərkəzləri ilə ayaqlaşan terapevtik radiofarmasevtiklərin istehsalı İran Atom Enerji Təşkilatında davam edir. Çox qısa bir zamanda istehsal olunacağına ümid edirik.

Qənnadi deyib: Xərçəng xəstəliyinə düçar olmanın artan tendensiyasını və həmçinin ürək xəstəliklərinə yoluxan insanların sayının artmasını nəzərə alaraq, nüvə texnologiyasından istifadənin diqqət mərkəzində olması və icra olunması vacibdir. Diaqnostik radiofarmasevtiklər beyin qanaxmaları, müxtəlif növ xərçəng xəstəlikləri, sümük ovulması, həmçinin ürək xəstəlikləri kimi bir çox xəstəliklərin diaqnostikasında istifadə olunur və təsirlidir. Belə ki, hər il ən azı 1 milyon iranlı xəstə texnetium 99 kimi diaqnostik radiofarmasevtiklər istifadə edir.

Bu radiokimya professoru deyib: Xoşbəxtlikdən yüksək səylə qalxanabənzər vəzi xərçəngi xəstələrinin müalicəsi üçün radioterpevtik yod 131-i istehsal etməyə nail olmuşuq.

O, digər müalicəvi radiofarmasevtiklərin istehsalına işarə edərəək deyib: Biz radiofarmasevtiklər istehsalı sahəsinin inkişafı yolunda, xəstəliyin son mərhələlərində olan xərçəng xəstələrinin sümük ağrılarının azaldılması üçün digər radiofarmasevtiklərin istehsalına nail olmuşuq. Diaqnostik və müalicəvi radiofarmasevtiklər Tehran Araşdırma Mərkəzi və Kərəc Sürətləndirmə Mərkəzində istehsal olunur. Başqa sözlə desək, diaqnostik radiofarmasevtiklərin istehsal və istehlak prosesinin ilkin mərhələləri əvvəlcə Xəndab ağır su kompleksində, daha sonra Tehran və Kərəc sahələrində və sonda xəstəxanalarda baş tutur.

Atom Enerji Təşkilatının Strateji Proqramlaşdırma və Nəzarət üzrə müavini uran metalının Allahın insanlara hədiyyəsi olduğuna işarə edərək deyib: Allah təbiətdə uran adlı bir metal yaradıb ki, mədənlərdə, dəniz sularında, qayalarda və.s yerlərdə mövcuddur. Elə bu metaldan və onun parçalanmasından radiofarmasevtiklərin istehsalında istifadə olunur.

O, keçmişdə insanların radioaktiv maddələrdən qorxmasına toxunaraq, nüvə elminin inkişafı və insanların bu maddələrin radiofarmasevtiklərin istehsalı kimi faydalarına agah olmasını xatırladıb və deyib: Radiofarmasevtikanın sadə tərifi alfa, betta, qamma radiasiya hissəciklərinə malik olan və ondan nüvə hissəcikləri yayılan radioaktiv bir dərmandır. Radioizotopla birləşən və ya dərman atomlarından birinin radioizotopla əvəz olunan bir dərman, radiofarmasötik yaradır.

Nüvə elmləri və texnologiyası üzrə bu araşdırmaçı professor, həmçinin deyib: Radiofarmasevtiklərin tətbiq sahələrindən biri, beyin qanaxması yaxud beyin şişi kimi beyin problemlərinin diaqnostikasıdır. Bu üsulda PET cihazında 3D təsviri yerinə yetirmək üçün radiofarmasötik FDG-dən (Fluorodeoxyglucose) istifadə olunaraq, daha dəqiq və daha aydın bir təsvir imkanı yaradır. (İran Atom Enerji Təşkilatında istehsal olunan) bu radioaktiv dərmanı xəstə qəbul etdikdən sonra beyinin daha dəqiq təsvir imkanı yaranır. Çünki, şəkərin əsas mövqeyi insanın beyinindədir. Bu radiofarmasötik beyində yerləşdikdən sonra müsbət betta zərrəcikləri yayan və ondan milyardlarla qamma şüası yayılan F18 adlı radioizotopla birləşməsir və nəhayət görüntüləmə baş verir. Ümümiyyətlə bu proses radiofarmasevtiklərin iş mexaizmidir.

O, vurğulayıb: Xoşbəxtlikdən ölkəmizdə PET scan cihazları var və İran Atom Enerji Təşkilatında istehsal olunan radiofarmasevtiklərdən istifafdə etməklə xəstəliklərin diaqnostikası həyata keçirilir.

İran Atom Enerji Təşkilatının müavini deyib: Radiofarmasevtiklər Kərəcdə zərrəcikləri sürətləndirən cihazda istehsal olunub və oksigen 18-dən F18 istehsal etməyə başlayır. Bu istehsal prosesi Misbah Enerji Şirkətində (Xəndab) baş tutur. Təbiətdə üç növ oksigen mövcuddur; oksigen 16, oksigen 17 və oksigen 18. Oksigen 18-i digər oksigenlərdən ayırmağa məcburuq. Bu maddə Ərakın Xəndabında istehsal olunur. Radiofarmasevtiklərin istehsalı üçün tamamilə müəyyən yol qət olunmalıdır. Onun başlanğıc nöqtəsi Xəndabda, orta nöqtəsi Kərəcdə, sonu isə xəstəxanalar və müalicə mərkəzlərindədir.

İran Atom Enerji Təşkilatının müavini, həmçinin deyib: Dünya səviyyəsində 20 milyon insan öz xəstəliklərinin diaqnozu üçün radiofarmasötikdən istifadə edir. İranda da 250 nüvə tibb mərkəzində 1 milyon xəstə textenium 99-dan istifadə edir. Bu dərman bu xəstəliklərin 85%-nə diaqnos qoyma qabiliyyətinə malikdir. İran Atom Enerji Təşkilatında qalxanabənzər vəzi xərçəngi xəstələrinin müalicəsində istifadə olunan radioterpevtik yod 131-in istehsalı davam edir.

Qənnadi bildirib: Əziz İranımız sənaye və kənd təsərrüfatı üçün müxtəlif növ radioizotopların istehsalından əlavə, tibb sahəsində də başı ucadır. Buşehr Atom Elektrik Stansiyasında urandan elektrik enerjisi əldə olunmasından əlavə, Tehranda uranın parçalanmasından radioizotopların parçalanması üçün istifadə edirik.

O, enerji və radioizotopların istehsalı üçün vəzifəmizin uran kimi bir nemətin qorunması olduğunu bildirərək deyib: Urana neytron şüalanması nəticəsində parçalanma əmələ gəlib. Əlbəttə, diqqət etmək lazımdır ki, onun bir atomu parçalandıqdan sonra ondan təxminən 250-300 radioizotop, ondan əlavə bir neçə neytron və həmçinin 200 milyon volt enerji əmələ gəlir. Bu da karbonla müqayisədə (yanan zaman 6 volt enerji istehsal edir) yüksək həcmli enerji hesab olunur. Bu nemətdən enerji və radioizotopların istehsalı üçün istifadə etmək lazımdır. Allaha həmd olsun ki, bu potensiala güvənərək Buşehr Atom Elektrik Stansiyasında ildə 1000 meqavat nevə enerjisi istehsal olunur.

Qənnadi, 1420-ci il üfüqündəki təşkilatın hərtərəfli strateji sənədinə əsasən, inşallah 10 min meqavat nüvə enerjisinin istehsalının proqnozlaşdırdıqarını ifadə edərək deyib: Sənaye üçün radioizotopların istehsalı çox mühümdür. Çünki, ölkənin sənayesi radioizotoplardan istifadə etdiyi və nüvə texnologiyasından ən yaxşı şəkildə fayladandığı zaman dinamikdir. Əlbəttə, bilirik ki, radioizotoplardan polad, neft-kimya, neft emalı kimi böyük sənayelərdə və hətta kağız istehsalı kimi kiçik sənayelərdə də istifadə etmək olar.

O, kənd təsərrüfatında nüvə texnologiyasından istifadənin vacibliyinə işarə edərək deyib: Hal-hazırda dünyada 700 milyon insan qida çatışmazlığından əziyyət çəkir və bizim ölkəmizdə də 30 milyon insanın istifadəsi üçün qida maddələrinə şamil olan kənd təsərrüfatı mallarının və qida məhsullarının 30%-i tələf olub. Əlbəttə ki, nüvə texnologiyasından istifadə etməklə, böyük həcimli kənd təsərrüfatı və qida maddələrini qorunmaq və 30 milyon insanın ehtiyacı olan qida maddələrini təmin etmək olar.

Qənnadi sonda deyib: İran Atom Enerji Təşkilatının əziz həmvətənlərimizin sağlamlığının, qidalanmasının və.s yaxşılaşmasına dair vəzifəsi var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir