“Deyləman esminesi”-nin Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasına qoşulma mərsimi-Fotolar

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqirinin iştirakı ilə Noyabrın 27-si səhər İranın Deyləman esminesinin Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasına qoşulma mərsimi keçirilib.

Xarici KİV-in verdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Muhəmməd Baqiri, İran Ordusunun Baş Komandanı Əmir general-mayor Seyid Əbdür-Rəhim Musəvi, İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şahram İrani, ordunun və ölkənin digər rəsmilərinin iştirakı ilə yerli “Deyləman” esminesinin Şimal Donanması və Ordunun Hərbi Dəniz Qüvvələrinin 4-cü məntəqəsinə qoşulma mərasimi keçirilib. Bununla da müdafiə sənayesinin qüdrət yaradan ehtiyacların təmin olunmasındakı gücünün başqa bir təzahürü İranın dəniz qabiliyyətini və İran İslam Respublikasının başucalığını sübut edib.

Dalğa layihəsinin və Cəməran sinfinin 5-ci esminesi olan “Deyləman” İran İslam Respublikası Ordusunun Strateji Hərbi Dəniz Qüvvələri tərəfindən dizayn olunaraq bu qüvvələrin nəzarəti altında Dəniz Sənayesi Kompleksində istehsal olunub və Noyabrın 27-si Ordunun Strateji Hərbi Dəniz Qüvvələrinə qoşulub.

Tamamilə İrana məxsus olan bu esmines ölkə daxilində istehsal olunan müxtəlif avdanlıqlar, müdafiə və döyüş sistemləri ilə təchiz olunub. O, uzun dəniz səyahəti qabiliyyətindən əlavə, axtarış, kəşf, kəşfiyyat, izləmə, mübarizə və lazım gələrsə, hər növ hava, yerüstü və yeraltı təhdidləri məhv etmə qabiliyyətinə malikdir.

Helikopterin qalxması və enməsi üçün uçuş göyərtəsinə sahib olmaq Deyləman esminesinin əhəmiyyətli əməliyyat xüsusiyyətlərindəndir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir