Dehqani: Gömrükdə qabaqcıl ağıllı texnologiyalar istifadə ediləcək

Prezidentin elmi və texnoloji işlər üzrə müavini elmi müavinliklə görmrük arasında ümumi anlaşmanın yaradılmasına işarə edərək deyib: İranlı texnoloqlar tərəfindən inkişaf etmiş yerli qabaqcıl avadanlıqların və texnologiyaların yoxlanış və gömrük proseslərinə daxil olması üçün lazımı zəmin yaranıb.

Xarici KİV-in Milli Elit Fondunun İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Ruhullah Dehqan birgə inkişaf üzrə əməkdaşlıq müqaviləsinin imzalanması və konteyner, baqaj, dəmir yolu detektorları üçün yerli yoxlama sistemlərinin istismari mərasimində gömrük detektor avadanlıqları texnologiyasının dizaynı, istehsalı və inkişafında elm təməlli şirkətlərin gücünə işarə edərək deyib: Gömrük yoxlanış proseslərinin smartlaşdırılması çox əhəmiyyətli bir mövzudur və ölkə iqtisadiyyatında onun çoxlu təsirləri görünəcək. Bu istiqamətdə, ölkə gömrüyü ilə yaxşı əməkdaşlıqlar baş tutub. Bu əməkdaşlıqların nəticəsi, gömrük proseslərinin çevikiyi, ağıllılığı və sürətli olması olacaq.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini bu razılaşmanın əsasını görmrük yoxlanış avadanlıqlarının, o cümlədən konteyner, çamadan, insan və dəmir yolu detektorlarının təmin olunması olduğunu bildirərək deyib: Bu razılaşmaya əsasən, elm təməlli və texnoloji şirkətlər 2 illik proses müddətində 50 ədəd konteyner detektorunu dizayn edərək istehsal edəcək və görmüyə təqdim edəcəklər.

Dehqani yoxlanış və gömrük proseslərinin inkişafında elm təməlli şirkətlərin oynadığı rola işarə edərək deyib: Bu razılaşmaya əsasən, birinci ildə 17 ədəd və ikinci ildə 33 ədəd x-ray konteyner detektor avandanlığı elm təməlli və texnoloji şirkətlər tərəfindən hazırlanaraq gömrüyə təqdim olunacaq.

O, texnologiyanın digər ölkələrdən tranfer proseslərinin elmi müavinliyin nəzarəti altında həyata keçirildiyinə işarə edərək deyib: Bu razılaşmaya əsasən, gömrüyün bu avadanlıqların xeyli hissəsinə ehtiyacı olduğundan texnologiyanın bütün qiymətləndirilməsi, təsdiqlənməsi və həmçinin  transfer prosesləri elmi müavinliyin nəzarəti və təsdiqi ilə baş tutacaq.

Milli Elit Fondunun rəhbəri elm təməlli şirkətlərin və elmi müavinliyin gömrüyün universal və ağıllı sisteminin icrasında oynadığı rola işarə edərək deyib: Xoşbəxtlikdən, gömrüyün texnologiya, innovasiya və  smartlaşdırmadan istifadədə və elm təməlli şirkətləri dəstəkləməkdə ciddi qətiyyəti var. Universal ağıllı gömrük sisteminin işə salınması elmi müavinliklə ölkə gömrüyünün əməkdaşlığının başqa bir tərəfidir. Çoxlu elm təməlli və texnoloji şirkətlər güclü gömrüklə bağlı tematik sahələrdə xidmət göstərirlər. Onların dəvət olunması və qiymətləndirilməsi ilə bu şirkətlərin, onların texnologiyaları və innovasiyalarının gömrüyə daxil olmaları üçün zəmin yaranacaq.

Dehqani gömrük tərəfindən tədqiqat və texnologiya fondlarının zəmanətlərinin qəbulu üçün zəmin yaradılmasına işarə edərək deyib: Ölkənin 70-dən çox tədqiqat və texnologiya fondunun fəaliyyətini nəzərə alaraq, gömrüyün, bank zəmanətlərindən əlavə tədqiqat və texnologiya fondlarının zəmanətlərini qəbul etmə imkanı var. Bu məsələ öz həllini taparsa, elm təməlli və texnologiya şirkətlərinin ehtiyac duyduqları texnoloji məhsulların idxalının asanlaşmasına çox kömək etmiş olacaq. Ölkənin mərkəzi gömrüyü ilə eldə edilən ilkin razılaşmaya əsasən, tədqiqat və texnologiya fondunun zəmanətlərinin təsdiq olunması pilot olaraq 20 elm təməlli şirkət üçün baş tutacaq. Razılaşma əldə olunarsa, bu iş digər elm təməlli şirkətlərə də şamil olacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir