Atom Enerji Təşkilatının rəhbəri və Təhsil Nazirinin iştirakı ilə elekton sənayesinin “Daynamitron” adlı ilk elektrostatik sürətləndirici cihazı təqdim olunub.
“Daynamitron” sürətləndirici cihazı, qida maddələrinin radiasiyası, tibbi avadanlıqların sterilizasiyası, məftil və kabel şüalanması, şinlərin şüalanması, istiliyin təsiri ilə yığılma qabiliyyətinə malik olan maddələrin şüalanması və kanalizasiya sularının radiasiyası kimi sahələrdə tətbiq olunmağa qadirdir.
Bu cihaz həmçinin, ion implantasiyası, ion şüa analizi və BNCT-də neytron yaratma sahələrində də tətbiq gücünə malikdir.
Prezidentin müavini və İran Atom Enerji Təşkilatının rəhbəri Muhəmməd İslami, Elm, Tədqiqat və Texnologiya naziri Muhəmməd Əli Zülfigül şənbə günü elekton sənayesinin “Daynamitron” adlı ilk elektrostatik sürətləndirici cihazını təqdim ediblər.