Elm təməlii İran şirkətlərindən biri nano texnologiyası vasitəsilə enerjiyə nəzarət edən şüşələr istehsal edib. Bu şüşələr adi şüşələrə nisbətən daha az istilik keçiriciliyinə malikdirlər.
Şüşə, işığı ötürmək və binadan xarici mühiti görmək üçün tikililərdə istifadə olunan əhəmiyyətli materiallardan biridir. Amma tikintinin ayrılmaz bir hissəsi olan bu hissə, müxtəlif fəsillərdə istilik və soyuqluğun qarşısını tam şəkildə almadığından binalarda enerji itkisinə səbəb olan amillərdən biri hesab olunur. Buna görə də keçmişdə və hətta indiki zamanda da istiliyə, soyuqluğa nəzarət üçün müxtəlif vasitələrdən istifadə olunur.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə Kaveh Şüşə Şənayesi Qrupunda istehsal olunmuş Eco Star enerjiyə nəzarət şüşələri, binalarda enerji istehlakının azaldılmasında böyük rol oynayan bir növ şəffaf istilik izolyasiya hesab olunur.
Bu növ şüşələr, qabaqcıl cihazlarla fleyta şüşələri üzərində çox nazik təbəqələr örtməklə müxtəlif növlərdə və fərqli effektivliklə istehsal olunur. Binalarda enerji itkisininin qarşısının alınmasında əhəmiyyətli elementdir. Bu məhsul, yaşayış binalarının, idarələrin, hotellərin, xəstəxanaların və.s görünüşündə istifadə olunur.
Enerjiyə nəzarət şüşələri soyuq fəsillərdə istilik enerjisinin hədərə getməsinin qarşısının alınmasında, istiliyin təmin olunması üçün enerji istehlakının aşağı düməsi səbəbi ilə ekologiyanın qorunmasında və süşənin buxarlanmasının qarşısının alınmasında kömək edə bilər. Bu şüşələrin günəş istiliyinin birbaşa daxil olmasının qarşısını iki qat aldığını nəzərə almaqla, yayda istilikdən xilas olmağın təmin olunması və müəssisələrin xərclərinin aşağı düşməsi bu məhsulun istifadəsində olan üstünlüklər kimi qeyd olunur.
Eco Star şüşə, adi standart ikiqat şüşə kimi işığın keçirilməsi və əks olunmasında oxşar xüsusiyyətə malikdir. Yeni təmir layihələrində ikiqat Eco Star panellər mövcud profillərdə istifadə oluna bilər.