Daş kağızı, adi kağızlara nisbətən daha üstün xüsusiyyətlərə sahib olan yeni nəsil kağızlardandır. Bu kağızı istehsal edən avadanlığın hazırlanması İrana məxsus elm təməlli bir şirkətdə təqdim olunan xidmətlərdən biridir.
Gülüstan Elm və Texnologiya Parkına istinadən verilən məlumata əsasən, Gülüstan Elm və Texnologiya Parkındakı İrana məxsus bir texnologiya şirkəti apardığı bir neçə illik tədqiqat və araşdırmadan sonra, kağız istehsal edən maşını patentləşdirməyə nail olub. Bu kağızı təşkil edən maddələrin 80%-i daşdır və onun istehsalında, hətta bir ağac budağı yaxud su istifadə olunmur.
Bu cihazın iş prinsipi elə bir formadadır ki, kağız istehsalından əlavə, ondan divar kağızı, parket, plastik qablar və bu günə kimi taxtadan yaxud plastikdən hazırlanan hər bir məhsulu əldə etmək olar.
Bu gün İran da daxil olmaqla müxtəlif ölkələrdə ağacların fərq qoyulmadan kəsilməsi və meşələrin məhv edilməsi nəticəsində yaranmış ekoloji böhranlara görə, kağız istehsalı üçün lazım olan üsulların və xammalın taxtadan başqa bir xammalla əvəzlənməsinə möhtac idik. Başqa sözlə, kağızın daş yaxud əhəng tullantılarından istehsal olunması ekoloji cəhətdən çox sərfəli və yaşıl sənaye ola bilər.
Daş kağızı, əhəng kağızı və ya mədən kağızı kimi adlarla adlanan daş kağızı son dövrlərdə tədqiqatçılar tərəfindən kəşf olunmuş yeni nəsil kağızlardandır. Bu kağızın xammalı onun istehsalı üçün ağac istifadəsini əvəzləyən kalsium karbonat tozudur.
Suya davamlı olması, yırtılma müqaviməti, üzərində rənglərin sehirli cilvələnməsi və nəhayət qısa bərpa dövründə torpağa qayıtması bu növ kağızın əsas xüsusiyyətlərindəndir.
Qeyd olunmalıdır ki, bu ixtira tezliklə ölkənin kağız və plastik çap sənayesində böyük dəyişiklik yaradacaq.