Coşən və Peykan raketatan gəmiləri dəniz kuboku yarışlarına göndərilib

Coşən və Peykan raketatan gəmiləri yeddinci dəniz kuboku yarışlarında iştirak etmək üçün İranın hərbi dəniz qoşunlarının dördüncü bölgəsindən və Ənzəli limanından Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə göndərilib.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının tərbiyə və təlim üzrə komandan müavini ikinci dərəcəli kontr-admiral Fəramərz Nəsri bu eskadranın yola salınması mərasimində dəniz kuboku yarışlarında iştirakda məqsədin, müdafiə gücünün artırılması ilə diplomatiyanın inkişaf etdirilməsi olduğunu bildirib. Deyib ki, əlaqələrin artırılması, döyüş bacarığı və hazırlığının yüksəldilməsi, bu kimi tədbirlərin nailiyyətlərindəndir.

İslam İnqilabının Böyük Rəhbərinin iranlı qüvvələrin bu yarışlarda uğur qazanmalarına olan təkidlərinə işarə edən ikinci dərəcəli kontr-admiral Nəsri bildirib: Ötən 2021-ci ildə İran İslam Respublikası Ordusunun dəniz qoşunları dəniz kuboku yarışlarında çempion oldu. Onun bu yarışlarda iştirakı, qüdrətin təsvirə çəkilməsi və İranın müqəddəs və iftixarla dolu bayrağının beynəlxalq arenalarda dalğalandırılması olacaq.

“Dəniz Kuboku” yarışları hər il dənizçilərin məharətlərini artırmaq məqsədilə bir ölkənin ev sahibliyi ilə keçirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir