Class-F tubinləri İranda istehsal olunacaq

Əlirza Nəsrullahi, İranda class-F turbin texnologiyasının, dünya səviyyəsində kommersiyalaşan ən yüksək turbin texnologiyası olaraq lokallaşması üçün Energetika Nazirliyinin proqramına işarə edərək deyib: Class-F turbinləri kombinə edilmiş elektrik stansiyasının səmərəliyini 58% artırır və istehsal çirklənməsini minimuma endirir. Digər tərəfdən də bu turbinlərin qaz bölümündə su istehlakı təxminən sıfırdır. Hal-hazırda bu texnologiya dünya səviyyəsində kommersiyalaşmış turbinlərin ən müasiridir.

İES-in kombinə edilmiş elektrik stansiyası layihələrinin içraçısı, ölkə səviyyəsində class-F turbinlərinin lokallaşması proqramına işarə edərək deyib: Class-F turbini texnologiyasının köçürülmə proqramı 5000 meqavatlıq layihə şəklində gündəmə gətirildi və bu günə kimi ölkədə bu layihə çərçivəsində 4 ədəd turbin quraşdırılaraq istifadəyə verilib.

O, əlavə olaraq deyib: Class-F turbin texnologiyasının 5000 meqavatlıq layihə şəklində lokallaşmasında 11 ədəd turbinin quraşdırılması gündəmdədir. 10 və 11 nömrəli turbinlərin quraşdırlması ilə eyni zamanda bu qabaqcıl turbinlərin 85% hissələri lokallaşacaq.

Nəsrullahi, Class-F turbin texnologiyasının 5000 meqavatlıq layihə şəklində lokallaşmasının inkişaf miqdarı barəsində deyib: Bu proqramın əvvəlində Henqam elektrik stansiyasındakı 2 turbin tamamilə ölkəyə daxil olub və quraşdırılıb. Henqam elektrik stansiyasından sonra Do Kuhe elektrik stansiyasındakı 1 turbin ölkəyə daxil olub, amma onun ölçüləri yerli mütəxəssislər tərəfindən elm təməlli şirkətlərdə tənzimlənərək elektrik stansiyasında quraşdırılıb.

O, sözlərinin davamında deyib: Son günlərdə 4-cü class-F turbini Səhənd elektrik stansiyasında quraşdırılıb. Proqramın bu hissəsində İranda turbinin tam yığılması həyata keçirilib.

Nəsrullahi, ölkədə class-F nəzarət sisteminin lokallaşmaması ilə bağlı bir tənqidə cavab olaraq deyib: Class-F turbinlərinin nəzarət sistemi T3000-dir. Amma hal-hazırda ölkədə lokallaşdırılmış nəzarət sistemini genişlənrimək üçün proqramımız var ki, bu turbinlərin lokallaşması proqramının təkmilləşməsində iranlı mütəxəssislər tərəfindən və ölkə daxilində də nəzarət sistemi lahiyələndirilərək istehsal olunsun.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir