Vladimir Putinin Tehran səfərindəki İslam İnqilabı Rəhbəri ilə şəkilləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, CIA) direktoru Vilyam Börnsün olan-qalan saçlarını da ağardacaq.
Deyəsən bütün amerikalılar da Vilyam Börns kimi adətən bir-iki dəfəyə dosyesi bağlanan müzakirələrə öyrənib. Çünki Amerikaya “yox” deyə bilməyən müzakirı qruplarını çox gördüklərindən, ölkələrinin qarşı tərəfin əlində olanı da almaqla qalib gəlib daim danışıqlardan qələbə ilə çıxmalarına adətkərdə olublar.
V.Börnsün sözlərinə görə, guya ABŞ heç vaxt iranlılarla danışıqlar aparmayıb. Çünki onun fikrincə iranlılar zəif məqamlardan kənar qaçıb Amerikanın təhdidlərinə təslim olmayıb, sülhsevər nüvə proqramında hüquqlarından keçməyib və bu haqqın tapdalanmasına icazə verməyiblər.
Elə bu səbəbdən də biz ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi və rəsmi Tehran əleyhinə birtərəfli qanunsuz sanksiyaların ləğv edilməsi zəminində qeyri-müstəqim danışıqların koordinatoru Robert Malley də saçlarının qara qalmasını istəyirsə, V.Börnsdən ibrət dərsi almayıb ədalətsiz embarqoların ləğvini təxirə salmayacağına ümid bəsləyirik.
Xatırladaq ki, iyulun 21-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, CIA) direktoru Vilyam Börns ruslarla iranlıların danışıqlarına görə saçlarının ağardığını deyib.
ABŞ xüsusi xidmət orqanının başçısının sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə İran Ali lideri Ayətullah Xameneinin birgə şəkli onda xoş təəssüratlar oyatmır.
“Çünki mənim ağ saçlarımın çoxu illər ərzində ruslarla iranlıların arasındakı danışıqlara görə əmələ gəlib“, – deyə o qeyd edib.