Çətin sanksiya və Korona şəraitindən tibbi avadanlıqların artan ixracatına qədər

Tibbi avadanlıq sənayesi sanksiyadan tutmuş Koronaya qədər çətin bir dövrü arxada qoyaraq, meydandan başı uca çıxıb. Buna baxmayaraq, bəzi düzgün addımlar bu sənayenin inkişafına və ixracatın artmasına kömək edə bilər.

Tibbi avadanlıq sənayesini ölkədə inkişaf edən sənayelərdən biri saymaq olar. Bu sənayenin sağlamlıq, səhiyyə və xalqın müalicəsi ilə bağlı məhsulların təmin olunmasında strateji rolu var. Digər tərəfdən də çoxsaylı kiçik və böyük şirkətlərin fəaliyyəti bu sahənin ölkədə məşğuliyyətin genişlənməsindəki əhəmiyyətinin göstəricisidir.

Tibbi avadanlılqlar xəstəxanaların, stomatoloji klinikaların, baytarlıq klinikalarının, əczaçılıq cihazlarının və laboratoriyaların bütün ləvazimat və avadanlıqlarına şamil olur və sağlamlıqla bağlı olan bütün mərkəzlərdə isifadə olunur. Bu avadanlıqlar Korona virusla mübarizə aparmaq üçün sadə maskalar kimi aşağı texnoloji məhsullardan tutmuş MRT görüntüləmə cihazları kimi yüksək texnoloji məhsullara qədər geniş çeşidli məhsulların istehsal və təchizatı prosesində istifadə olunur.

Çətin şəraitdə tibbi avadanlıqlar sənayesinin parlaması

Tibbi avadanlıqlar və aczaçılıq maddələrinin istehsalı və emalı texnologiyaları təxminən 2018-ci ildən sanksiyalara məruz qalan sahələrdən biridir. İranda avadanlıqlar və texnologiyaların sanksiya dairəsi genişlədikdən sonra fasiləsiz olaraq Korona virus mözvusunun yaranması, tibbi məhsulların və avadanlıqların təmin olunmasında çoxlu məhdudiyyətlərlə üzləşməyə səbəb oldu. Korona virus epidemiyası bir çox ölkələrin öz daxili ehtiyacları olan avadanlıqları təmin etməkdə aciz qalmalarına səbəb oldu.

Texnoloji və elm təməlli şirkətlərin mövcudluğu ilə Korona virus dönəmindəki çatışmazlıqlar və məhdudiyyətlər ilkin mərhələlərdə aradan getdi. Maska və gücləndirici sistem kimi istifadə olunan ləvazimatların istehsal xəttinin yaradılması, həmçinin çətin sanksiya və korona şəraitində ehtiyac duyulan mürəkkəb texnologiyaların lokallaşması, bu sahədə aktiv olan şirkətlərin parlaq addımlarından idi. Bu addımlar ölkənin bu şəraiti arxada qoymasına səbəb oldu.

Ventilyator cihazının dizayn və istehsalı ilə bağlı 100% yerli biliyə nail olmaq dünyada Korona virus epidemiyasının yüksək həddə çatmasıyla eyni zamanda baş vermiş bu sənayenin dönüş nöqtələrindən biri idi.Ventilyator cihazı süni tənəffüs cihazıdır. Bu cihaz ağciyər, qan-damar, asma və korona virus xəstələri və digər bu kimi xəstələrin tənəffüs proseslərinin yaxşılaşmasına kömək edir. Həmçinin hal-hazırda İran birdəfəlik tibbi istifadə məhsullarının istehsalında özünü təmin etmə həddinə çatan məhdud sayda olan ölkələrdən biridir.

Sanksiyaya məruz qalan tibbi avadanlıqlar sənayesi sahələrindən biri, dərman və əczaçılıq materialları hazırlayan cihazlardır. Bu cihazları təmin etməkdə yaranan problem dərman çatışmazlığına və qiymət artımına səbəb olur. Lakin bu sahədə aktiv olan elm təməlli şirkətlərin bir çoxu bu cihazlara olan daxili ehtiyacı aradan qaldırmağı bacarıb.

Yerli texnologiyalarla daxili ehtiyacın 40%-nin təmin olunması

Statistikaların araşdırlması göstərir ki, il ərzində ölkənin tibbi avadanlıqlara olan ehtiyacı təxminən 2.7 milyard dollardır. Bu məbləğin 1.2 milyard dolları iranlı şirkətlər və istehsalçılar tərəfindən təmin edilir. Yəni, hal-hazırda tibbi avadanlıqlara olan ehtiyacın təxminən 40%-i ölkə daxilində istehsal edilir.

İranda tibbi avadanlıqların və ləvazimatların geniş bir hissəsi daxili istehsal yolu ilə təmin olunur. İranda MRT cihazının istehsalı klinik tədqiqat mərhələsinə çatıb və CT scan aparatı da təxminən 50% lokallaşıb. Həmçinin, İran müxtəlif növ ventilyatorların istehsalçısı və ixracatçısıdır.

Xəstəxana avadanlıqları ölkənin tibbi avadanlıqlar sahəsindəki güclü tərəflərindən biridir. Beləki, İranda xəstəxana ləvazimatlarının və cərrahiyyə otağındakı avadanlıqların 95%-i üçünücü və dördünücü səviyyəli texnologiya mürəkkəbliyi ilə istehsal olunur. Hal-hazırda tibbi vasitələrin, lavazimatların və avadanlıqların istehsalı sahəsində 350 biliyə əsaslanan şirkət fəaliyyət göstərir. 1.2 milyard dollarlıq bazar tibbi avadanlıqlar sənayesindəki aktiv şirkətlərin yüksək bazar tutumunun göstəricisidir.

Dünyanın 50-dən çox ölkəsinə tibbi avadanlıqların ixracatı

Ölkədə müxtəlif növ tibbi texnologiyaların inkişafına rəğmən, bu məhsulların ixracatının sürətləndirici addımlara ehtiyacı var. Dərman və tibbi avadanlıqların ixracat məbləğinin 2021-ci ildə 80 milyon dollar, 2022-ci ildə 120 milyon dollar olduğu bildirilib. İndiyə qədər dünyanın 55 ölkəsi İranın tibbi avadanlıqlarının ixrac edildiyi ölkələrdir.

Tibbi avadanlıqlar və sağlamlıq sahəsindəki texnologiyalar prezidentin xarici səfərlərinin çoxunda bəyan olunan texnologiyanın ötürülüməsi sahəsindəki mövzulardan biridir. Məsələn, prezidentin İndoneziyaya olan son səfərində iki ölkənin icra orqanları tərəfindən 12 xəstəxananın tibbi avadanlıqlarla təmin olunmasına dair anlaşma memorandumu imzalanıb. İndoneziyanın iki xəstəxanasının uzaqdan idarə olunan cərrahiyyə robotu ilə təchiz olunması bu sahədə həyata keçirilən digər addımlardan idi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir