Tehran Universitetinin Biokimya və Biofizika Tədqiqat Mərkəzinin tədqiqatçıları öz araşdırmaları əsasında buteinin mədə xərçəngində faydalı radiasiya dozasının təsirini atıra və nəticədə radioterapiyanın zərərli təsirinin azaldılması səbəb ola biləcəyini aşkarlayıblar.
Tehran Universitetinə istinadən verilən məlumata əsasən, dünyada mədə xərçənginin ümumi olaraq azalmasına baxmayaraq, bu xərçəng hələ də dünyada yayılmış beşinci xərçəng növü və xərçəndən yaranan üçüncü ölüm səbəbidir. Həmçinin İranda aparılan araşdırmalar göstərir ki, dəri xərçəngini nəzərə almadan mədə xərçəngi kişilər arasında birinci və qadınlar arasında üçüncü olmaqla ilk beş xərçəndən biridir.
Radioterapiya xərçəng xəstəliyinə tutulan xəstələrin təxminən 50%-i üçün istifadə edilən xərçəngin mülaicə üsullarından biridir. Son onilliklərdə ionlaşdırıcı şüanın xərçəng toxumalarına olan təsirini artıra biləcək birləşmələrin istifadəsi həmişə tədqiqat və araşdırma mövzusu olub.
Butein flavonoidlər ailəsinə aiddir. Bu birləşmə xərçəngin müalicəsində istifadə olunan bitkilərin bir çoxunda mövcuddur. Antioksidant, antixərçəng, antidiyabetik və antiiltihab təsirlər bu birləşmənin xüsusiyyətlərindəndir.
Tehran Universitetinin Biokimya və Biofizika Tədqiqat Mərkəzinin tədqiqatçılarının son araşdırmalarında, mədə xərçənginin hüceyrə xəttində şüalanma ilə birlikdə buteindən istifadə genetik materialda yaranmış zərərin miqdarının artmasına, bu hüceyrələrin ölüm miqdarının artmasına və hüceyrə dövrəsinin pozulmasına səbəb olub. Buna görə də, bu birləşmə radiasiya həssaslaşdırıcısı kimi təqdim edilə və bu sahədə daha çox araşdırma aparıla bilər.
Tehran Universitetinin Biokimya və Biofizika Tədqiqat Mərkəzinin tədqiqatçıları bildiriblər ki, butein mədə xərçəngində faydalı radiasiya dozasının təsirini atıra və nəticədə radioterapiyanın zərərli təsirini azalda bilər.
Bu nəticələr Tehran Universitetinin Biokimya və Biofizika Tədqiqat Mərkəzinin professoru dr. Bəhram Qolyayinin rəhbərliyi ilə baş tutmuş dr. Zəhra Klişminin “butein və rentgen kombinasiyası müalicəsinin mədə xərçənginin hüceyrə xəttinə təsirinin araşdırılması MKN_45” adlı doktorluq dissertasiyasının nəticələri əsasında əldə edilmişdir.