İranın Buşəhr vilayətinin icra başçısı, Buşəhr Atom Elektrik Stansiyasında suyun şirinləşdirilməsi üçün nəzərdə tutulan zavodun tikintisinə başlanılması barədə xəbər verib.
Muhəmmədizadə deyib: Buşəhr Atom Elektrik Stansiyasında 70 000 kub metr həcmində su şirinləşdirici tikilir.
O, Buşəhr Atom Elektrik Stansiyasında bu böyük lahiyənin tikintisinin başlayacağını vurğulayaraq deyib: Su məsələsi çox mühümdür. Region ölkələri ciddi və əhəmiyyətli dərəcədə su çatışmazlığının şahididirlər və gərək su təminatı üçün ciddi addımlar atılsın.
Muhəmmədizadə Buşəhrdə 1500 meqavat elektrik enerjisi istehsal edəcək iki yeni Atom Elektrik Stansiyasının hal-hazırda tikildiyini bildirərək deyib: Bu iki elektrik stansiyası 150 min kub metr içməli suyu şirinləşdirmə qabiliyyətinə malikdir.
Buşəhr vilayətinin icra başçısı bildirib: Buşəhr Atom Elektrik Stansiyası duzsuzlaşdırma üçün geniş imkanlara malikdir. Bu imkanlardan, stansiyanın qüdrətindən və onun nüvə məlumatından duzsuzlaşdırma layihəsi üçün istifadə olunacaq.