Bugün hansı gəmilər və avadanlıqlar SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə qoşulub? Fotolar və təfərrüatlar

Bugün (6 Yanvar) İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Səlaminin iştirakı ilə keçirilən bir mərasimdə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Döyüş Təşkilatına müxtəlif və yeni texnikalar qoşulub.

Bugün (6 Yanvar) SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hormozqanın mərkəzində və bu qüvvələrin qərargahında yeni avadanlıqların əlavə edilməsinin 12-ci dövrəsinə şahid olub.

General Səlaminin sözlərinə görə, bu əlavələr hər mərhələsində bu qüvvələrin islami vətənimizi və İranın mənfəətlərini müdaifə etmək üçün gücünün təkmilləşməsində və həmçinin aktiv qarşı alma yaratmaq üçün dəniz gücünün icad olunmasında bir sıçrayışa şahid olur. Bu əlavələr SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin strategiyaları yolunda vətənimizin milli və həyat əhəmiyyətli mənfəətləri məqsədi ilə hazırlanıb.

14 günlük üzmə qabiliyyətli Şəhid Əbu Mehdi partul və döyüş gəmisi

Bugün (6 Yanvar) Şəhid Əbu Mehdi əl-Mühəndis partul və döyüş gəmisi rəsmi olaraq SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə qoşulub. SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandiri general Əlirza Tənqsirinin sözlərinə görə, bu gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əməliyyat ehtiyaclarına əsasən yerli gənc mütəxəssislər tərəfindən və elm təməlli şirkətlərin əməkdaşlığı ilə dizayn olunaraq istehsal edilib. O, radardan qaçma qabiliyyətli, 4 dəniz motorundan istifadəli, 37 dəniz düyünündən yuxarı sürətlə uzun mənzilli üzmə qabiliyyətli və yüksək manevrlidir.

Şaquli uçuşlu dronun (VTOL) daşınması və eniş-uçuş qabiliyyəti, gecə və gündüz dronun buraxılması imkanı bu gəminin digər xüsusiyyətlərindəndir. Bu gəmi havadan müdafiə və düşmən hədəfləri ilə mübarizə aparmaq üçün kəşf və izləmə sistemi, dəniz buraxılış qurğuları, 20 mm və 30 mm topların tam və yarı avtomatik sistemləri ilə təchiz olunub.

Şəhid Əbu Mehdi əl-Mühəndis gəmisi düşmənin səthi hədəflərini məhv etmək üçün kombinə edilmiş yerdən-yerə qanaqlı raket buraxılış qurğusu (35 km-dən 750 km-ə qədər) ilə təchiz olunub. Bu gəmi tibbi sahə və tam yadım avadanlığı ilə təchiz olunub.

Raket atan 100 kater

Bugün, həmçinin müxtəlif növ komando, döyüş, torpedo atıcı və raket atıcı olmaqla 100 raket atan kater də SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Döyüş Təşkilatına əlavə edilib.

“Aşura” və “Tariq” sinfində hazırlamış və təchiz olunmuş bu katerlər yüksək hərəkətə sahib olub, 90 km-dək və Tariq sinfində 180 km-dək sürətlə hərəkətdə olduğu zaman müxtəlif mənzilli raket atma qabiliyyətinə malikdirlər.

Gəmilərin üzərinə havadan müdafiə sistemlərinin quraşdırılmasında dəyişiklik

Əslində, bugün Fars körfəzinin qırmızı arıları hər zamankından daha çox və daha sancan olub və onların dəniz əməliyyatlarından qorunmasından ötrü davamlı hava örtüyü yaratmaq üçün Tariq və Aşura sinfindən olan katerlər üzərinə Kövsər raketləri quraşdırılaraq işə salıblar ki, bu katerlər toplu hərəkət dəstəyi ilə tam missiyanı təmin edə bilsinlər.

Həqiqətdə, SEPAH daha geniş diapazonda daha böyük gəmilərin dəstəyinə ehtiyac olmadan tam bir missiyanı yerinə yetirmək qüdrətini öz donanmalarına bağışlayıb. İndi “Tariq” və “Aşura” sinfindən olan gəmilərin üzərinə 3D radarı və “Kövsər” raketləri quraşdırmaqla, əməli surətdə asimmetrik müharibəyə əsaslanan dəniz gücünün yeni mərhələsinə daxil olub. Bununla da o, öz katerlərindən həm müharibə üçün, həm də dəniz müdafiəsi üçün istifadə edə və kater üzərindən hava təhdidlərini də yaxşıcasına dəf edə bilər.

İslam İnqilabı Keşikçiləri Korpusunda kater istehsalı sürəti artıb

General Tənqsirinin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə avadanlıqların əlavə edilməsinin 12-ci dövrəsinə dediyi nöqtələrdən biri də, SEPAH-a lazım olan katerlərin istehsal sürətinin artmasıdır.

Şəhid Süleymani gəmisi ilə eyni sinfdən olan Şəhid Əbu Mehdi əl-Mühəndis gəmisi 15 ay ərzində hazırlanıb. Amma Tənqsiri müjdə verib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri elm təməlli şirkətlərin əməkdaşlığı ilə 1 ildən az bir müddət ərzində bu sinifdən olan 3 gəmini istehsal edərək təchiz etməyə qadir olacaq.

Bu əhəmiyyətli məsələni SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə əlavələr arasındakı zaman fasilələrində görmək olar. Belə ki, əlavələr arasındakı zaman fasilələri azalıb, amma daha çox avadanlıq əlavə olunmağa hazırdır. Bu, dənizdə həm yaxın, həm uzaq və həm də uzaq məsafələrdə yaxın döyüş gücünün əhəmiyyətini dərk olunmasından doğan xüsusi inkişaf əlamətidir; SEPAH-ın baş komandiri general Səlaminin SEPAH-ın  dəniz gücünün yeni siması adlandırdığı bir əlamət.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin torpedo katerlərinin sayının artması

SEPAH-ın Hərbi Dəniz Qüvvələrində artan güc quru və hava sahəsi ilə məhdudlaşmayıb və dəniz SEPAH-n öz hərbi gücünün inkişafında dayaq nöqtəsinə çevrilib. Suyun dərinliyi SEPAH üçün bir təhdid yox, fürsət hesab olunub. SEPAH-ın yüngül katerləri ikili və dördlü ağır torpedolar daşımaqla düşmənə yerin altından hücum etməyə və düşmənə təhdid yaratmağa qadirdirlər.

Bugün SEPAH torpedo buraxma qabiliyyətli katerləri öz döyüş təşkilatına əlavə edib və bununla da gücünü təkmilləşdirib. Bu tip torpeda buraxma qabiliyyətli katerlər əvvəlki əlavə etmələrdə də var idi, amma SEPAH bu əlavələrdə topeda buraxıcılarının sayın artırıb. SEPAH son illərdə ağıllı topedolar istehsalında da əhəmiyyətli uğurlar əldə edib və torpedoların sürət və döyüş başlığını təkmilləşdirməyi bacarıb.

Ümümilikdə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin 12-ci əlavə etmə mərasimində bir böyük döyüş gəmi, 7 növ müxtəlif kater və 3 növ sahil raket atma qurğusunu öz döyüş təşkilatına əlavə edib. Hansı ki, raket atma qurğuları da öz növbəsində özünəməxsus diqqət çəkib və onun ikisi 40, 20-si is 40 bareldir. Onlar sahildə yerdəyişmə gücünə sahib olmaqla yanaşı, istənilən mövqedə öz hədəflərinə qarşı xüsusi və geniş atəş yaratmağa qadirdirlər.

Yüksək sürət və dözümlülük üçün karbon katerlərinin inkişafı

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, həmçinin bugün “Mirsad” hərbi gəmiləri ilə yanaşı, “Aşura” sinfinə aid karbon gövdəli iki komanda gəmisini də öz döyüş təşkilatına əlavə edib. Yüngül olmaq, çeviklik və dənizdə mühüm komanda alətləri ilə təchiz edilməsi onların xüsusiyyətlərindəndir. Bu da missiyaları yerinə yetirməkdə sürəti artıra və eyni zamanda Şəhid Süleymani və Şəhid Əbu Mehdi aliminium gəmilərini istehsal etməklə daha yuxarı səviyyəyə qalxan SEPAH gəmilərinin istehsal səviyyəsini daha da yuxarı qaldıra bilər.

İslam İnqilabı Keşikçiləri Korpusu indi öz katerlərinin sürətini 90-100 düyünə (təxminən 170-180 km\saat) çatdırıb və general Tənqsirinin sözlərinə görə, regionda mövud olan yad katerlərinin sürətinin üç mislindən daha çox sürətə malik olan bu sürət yenə də artma qabiliyyətinə malikdir.

Təvəssür olunan təhdidlərlə mübarizə aparmaq və regionun sabit təhlükəsizlik amilini yaxşılaşdırmaq üçün SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iqtidar və gücünün nümayiş etdirilməsi, təkəbbürlüyə qarşı əsasların və qabiliyyətlərin artırılması, ədalət, müqavimət, özünə inam ruhiyyəsinin dərinləşməsi və genişlənməsi, yerli və İrana aid güclərə söykənmək bu mərasimin əsas hədəfləri olaraq göstərilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir