Xarici KİV-in verdiyi məlumata əsasən, Bosniya və Herseqovina Xarici İşlər naziri “Bisra Turkoviç” Dekabrın 6-da İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanla Sarayevoda keçirdiyi birgə mətbuat konfransında, İranlı həmkarının orada olmasından məmnunluğunu ifadə edərək deyib: Bu, dostluq səfəridir və 25 Yanvar 2023-cü ildə iki ölkə arasında diplomatik əlaqlərin qurulmasının 30-cu il dönümüdür. 29 Oktyabr 2022-ci ildə Tehranın ən yaxşı yerində 650 kvadrat metr ölçüsündə çox gözəl bir bina Bosniyanın Tehrandakı səfirliyinə təhvil verilib.
O, əlavə edib: Bosniya, qonşu ölkələr və dünyanın müxtəlif nöqtələrindəki digər ölkələrlə qarşılıqlı hörmət, beynəlxalq hüquqlara ehtiram və həmçinin, Millətlər Təşkilatının qətnamələrinə ehtiram əsasında dostluq münasibətlərini qurmaq və genişləndirmək istəyir.
Bosniya Xarici İşlər naziri əlavə olaraq deyib: Bosniya, lazımı həddə siyasi iradənin olması şərti ilə dünyadakı bütün problemlərin danışıqlarla həll oluna bilməsinə inanır.
Bisra Turkoviç sözlərinin davamında deyib: : İran həmişə bizim üçün tərəfdaş, dost olub və həmişə Bosniya və Herseqovinanın milli hakimiyyəti, ərazi bütövlüyünü himayə edib. Həmçinin, ən çətin şəraitdə, Bosniya müharibəsi və ölkənin torpaqlarının müdafiəsi zamanı, İran bizim yanımızda olub, Bosniya və Herseqovinaya çoxlu köməklər edib.
O, həmçinin deyib: Bosniyanın xarici siyayətinin strateji istiqaməti tam aydındır və biz kiçik bir ölkə olaraq istəyirik ki, Avro-Atlantik qrumlara qoşulaq. Amma bu yol həmişə asan deyil. Bəzən əsas məqamlara əməl etməyə məcburuq.
Bosniya Xarici İşlər naziri: Dünyanın bugünki enerji böhranı, dünyada inflasiyanın artması və enerji ehtiyaclarının təmin edilməsi zəmnində həmkarlıq barəsində fikir mübadiləsi apardıq.
O, həmçinin bildirib: Bosniya üçün Avropa Birliyi üzvlüyünə namizəd adını əldə etmək və NATO-ya yaxınlaşdıran yolunu davam etmək əsas öncül işlərdəndir.