İranın yerli mütəxəssisləri binanı atəşdən qoruyan, istiliyin və səsin içəri daxil olmasının qarşısını alan nanotexnologiyalı izolizasiyalar istehsal etməyə müvəffəq olublar.
Bina tikilişlərində obyekt sistemlərinin izolizasiyası və dəstək hissələrinin çox əhəmiyyəti var. Ənənəvi sistemlər ümümilikdə izolizasiya üçün yüksək keyfiyyətə malik deyillər və yalnız 40-50% həddində enerjini saxlaya bilirlər. Nəticədə isə enerjinin hədərə getməsi çoxalır.
Buna görə də, sənaye şirkətlərinin birindəki İranın yerli mütəxəssisləri nanotexnologiyası ilə elastomer izolizasiya hazırlamağa nail olublar. Nanozərrəciklərin əlavə edilməsi bu məhsulların dəlikərinin daha kiçik olmasına və keçirici istilik ötürmə əmsalının azalmasına səbəb olub. Əslində, o, enerji itkisinin qarşısını almaq üçün çox uyğun izolizasiyadır. Digər tərəfdən də bu izolizasiyada istifadə edilmiş nano materiallar yanğına qarşı müqavimət və mexaniki xüsusiyyətlərə, həmçinin səsə qarşı yüksək izolizasiya performansına səbəb olur.
Bu şirkətin baş direktoru Məhəmməd Haşimi şirkətin fəaliyyəti ilə bağlı deyib: “Şirkət 2006-cı ildə təsis olunub və hal-hazırda beynəlxalq səviyyədə qlobal keyfiyyətli çox sayda məhsul istehsal edirik. Elastomer nanokompozitlər əsasında hazırlanmış elastomer izolizasiyalar (soyuq su borularının buz bağlamasının qarşısını alır), obyektə dəstək sistemi (onun əsas vəzifəsi tikiliyə quraşdırılmalı olan elementlərin ağırlığını daşımaqdır) və sıfırdan yüzə qədər seysmik məhsullar bu şirkət tərəfindən istehsal edilən məhsullardandır.
Şirkətin istehsal menceri Sanaz Sepəhvənd bu izolizasiların formulasiyası barəsində deyib: “Bizim istehsal etdiyimiz elastomer izolizasiları yeni məhsuldur. Bizim istehsalımızdan öncə isə ölkəyə xaricdən gətirildi. Hal-hazırda bu məhsulun formulasiyası yerli mütəxəssislər tərəfindən bizim şirkətdə tamamilə lokallaşdırılıb. Əslində, biz İrana məxsus formulasiyadan istifadə edirik, hansı ki, bu məhsulun sıfırdan yüzə qədər istehsal işi bu şirkət tərəfindən hazırlanır.
Nanozərrəciklərin əlavə edilməsi bu məhsulların dəlikərinin daha kiçik olmasına və keçirici istilik ötürmə əmsalının əhəmiyyətli dərəcəd azalmasına səbəb olub. Əslində, o, enerji itkisinin qarşısını almaq üçün çox uyğun izolizasiyadır.”
Şirkətin direktoru Nima Taremi də bu izolizasiyaların detalları ilə əlaqədar olaraq deyib: “Bizim məhsullardan biri istilik, soyuq və səs izolizasiyalarıdır. Nano sahəsində biz bu məhsulda üç-dörd yeni materialdan istifadə edirik. Tikintidə bütün bu nanomateriallar funksional xüsusiyyətlərin yaxşılaşdırılması ilə özləri ilə eyni olan maddələr arasında özlərinə yer etməkdədirlər.
Elastomer izolizasiyalarda yanğına davamlılıq, mexaniki xüsusiyyətlər, səs və mikro struktur xüsusiyyətlərində istifadə etdiyimiz üç-dörd yeni materialdan istifadə edirik.”