İranın polimer tədqiqatının inkişafı mərkəzinin araşdırma bölmələrinin alimləri kəsilmə, zərbə, od , turşu və müxtəlif həlledici maddələrə qarşı davamlı olan əlcəklər eləcədə bıçaq kəsməyən gödəkcə hazırlamağa müvəffəq olublar.
Bu layihələrin icraçısı, plastik sənayesi mühəndisi Məcid Dərviş Şal İSNA-ya verdiyi açıqlamada bıçaq kəsməyən əlcəklər barədə deyib: bu əlcəklərin istehsalında ayrı-ayrı lastik və digər liflər o cümlədən inkişaf etdirilmiş polimer liflərindən istifadə olunub.
O deyib: turşuya, həlledici maddələrə, mazota, benzinə və iti alətlərə davamlı formalarda hazırlanıb və müxtəlif peşələr üçün istifadə edilə bilər.
Dərvişi Şal bu əlcəyin hərb üçün hazırlanmış nümunəsinin dörd fərqli modeldə layihələşdirildiyini bildirərək deyib: birinci modeldə əlcək turşulara, həlledici maddələrə və oda habelə iti alətlərə qarşı davamlıdır və sonrakı modellərdə istifadə sahəsinə uyğun olaraq zərbəyə və kəsilməyə qarşı davamlılığı azalır.