Nano və Mikro Texnologiyaların İnkişafı Mərkəzi İranın nəzarəti və alimlərin, elitaların nanotexnologiya sahəsindəki qabiliyyətlərindən istifadə edilməsiylə nanotexnologiyanın müxtəlif sahələrində bir neçə beynəlxalq standartın tərtib edilməsi haqda xəbər verib.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, yeni texnologiyaların ərsəyə gəlməsiylə yaranan narahatlıqlardan biri, məhsulun istehsalı və xidmətlərin göstərilməsində lazım olan standartların tərtib edilməsidir.
Əslində, bu standartlaşdırma yeni texnologiyaların inkişafında bir növ təsirli və strateji infrastruktur sayılır. Standartlaşdırma bazar inkişafı və bazar ticarəti üçün ən yaxşı və ən səmərəli dəstəkdir. O, məhsulların ixracatını da genişləndirə bilər.
Nano texnologiya daxili və beynəlxalq bazarda qalmaq üçün müxtəlif standartların tərtib edilməsinə ehtiyacı olan texnologiyalardandır. Buna görə də, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano və Mikro Texnologiyaların İnkişafı Mərkəzi çalışır ki, bu sahədəki alimlərin, elitaların güc və qabiliyyətindən istifadə etməklə, dünya standartlarının tərtib olunmasında rol oynasın.
Mövcud hesabatlara əsasən, ISO Nanotexnologiya Texniki Komitəsində indiyə kimi ümumilikdə 103 beynəlxalq standart dərc olunub. Bu standartların təxminən 10-u İranın məsuliyyəti ilə tərtib edilib. Sağlamlıq və təhlükəsizlik sahəsində 4 standart, təriflər və terminlər sahəsində 2 standart, materialların xüsusiyyəti sahəsində 2 standart və məhsulun səmərəliliyi sahəsində 2 standart tərtib edilib. Hal-hazırda da nanotexnologiya sahəsində İranın məsuliyyəti ilə digər 4 beynəlxalq standart tərtib olunmaqdadır.
ISO Təşkilatının Nanotexnologiya Standartları Texniki Komitəsində əsas üzv kimi 37 ölkə və müşahidəçi kimi 18 ölkə var.