Beyin siqnallarını qeydə alan cihazın lokallaşdırılması

Xarici KİV-in verdiyi məlumata görə, koqnitiv nevrologiya sahələrində tədqiqatların inkişafı məqsədi ilə elm təməlli bir şirkətin mütəxəssisləri və tədqiqatçıları prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin dəstəyi ilə elektrofiziyoloji qeydə alma cihazını layihələşdirməyə və hazırlamağa nail olublar.

Rizvan Tik Rotek elm təməlli şirkətin müdiri Ümid Şüai bu aparatın nevrologiya sahəsində geniş tətbiqlərinə işarə edərək deyib: Elektrofiziyoloji cihaz, labaratoriya və tədqiqat sahələrində tək neyron beyin siqnallarının qeydə alınmasında istifadə edilir.

O, əlavə olaraq deyib: Tədqiqatçılar, araşdırmaçılar xüsusən nevrologiya sahələrində bu aparat vasitəsilə yaddaşa alınmış əsəb neyronlarının hüceyrələrinin elektrik siqnallarını araşdırıb təhlil etməklə beyinin hüceyrəvi və molekulyar prosesini, beyinlə əlaqədar çatışmamazlıqları, pozuntuları tapa və əldə olunan məlumatlarla bu zəmindəki problemləri, pozuntuları müalicə edə bilərlər.

Sinir siqnallarının qeydə alınması, beyində qərar vermənin, öyrənmənin, qavrayışın müşahidəsi və öyrənilməsi üçün həmçinin, fizioloji nüvə proseslərinin və beyin hesablamalarının sirrini açmaq üçün zəruridir.

Şüai deyib: Elektrofiziyoloji qeydə alma cihazı, elmi və texniki mütəxəssislərin qüdrətindən yararlanmaqla, yüksək keyfiyyət, qabaqcıl texnologiya səviyyəsindən bəhrələnməklə, münasib qiymətlə istehsal olunub və xarici oxşarları ilə rəqabət apamağa qadirdir.

O, ümidvarlığını bildirərək deyib: Ümidvaram ki, bu məhsulun inkişafı ilə daxili ehtiyacların ödənilməsi ilə yanaşı, tibbi cəmiyyət və tədqiqat mərkəzləri tərəfindən ölkə səviyyəsində nevrologiya elmləri sahəsində təsirli və müsbət xidmətlər göstərilsin.

Həmçinin, bu elm təməlli şirkət indiyədək öz tədqiqatları və mütəxəssis qruplarının səyləri ilə rəsmi standartlar və lisenziyalar alma mərhələsində olan Holter qan təzyiqi manitoru, beyin sinir hüceyrələrinin stimulyatoru və elektrofiziyoloji qeydə alma cihazlarının dizaynı, hazırlanması və istehsalına nail olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir