Belçika Universitetində İranın “buzun səthə yapışması testi” cihazının quraşdırılması

Nanomühəndislik şirkətinin istehsal etdiyi buzun səthə yapışması testi cihazı Belçikaya ixrac olunub və Leuven Universitetində quraşdırılaraq istifadəyə verilib.

Bu cihazı istehsal edən elm təməlli şirkətin baş direktoru deyib: “Biz uzun illərdir ki, buzlama əleyhinə texnologiya üzərində işləyirik. 2016-cı ildən etibarən yerinə yetirdiyimiz araşdırmalar səbəbilə bu cihazın ilkin nümunəsi və laboratoriya quruluşunun istehsalı üzərində işlədik və tədqiqat işləri üçün onun bir neçə nümunəsini də hazırladıq. Bundan sonra Nanotexnologiyaların İnkişafı Mərkəzi 2020-ci ildə laboratoriya quruluşunun kommersiya avadanlığı ilə təkmilləşməsi mözvusu ilə çağırış dərc etdi və biz bu çağırış vasitəsilə dəstək əldə etməyə nail olduq. Nano mərkəzin dəstəyi ilə ilkin quruğumuz təkmilləşdi və ticarət chazına çevrildi. Cari ildə də laboratoriya quruluşunun kommersiya avadanlığı ilə təkmilləşməsi üzrə ikinci çağırış olub və seçilən qruplar quraşdırma işlərini tamamlayır.”

Onun sözlərinə görə, bu cihaz real dünyada məhsul üzərində yaranan şərtlərlə buz istehsal edib, onu sındırır və avtomatik olaraq buzun səthə yapışma gücünün miqdarını və buzu səthdən ayırmaq üçün kəsmə gərginliyini ölçür. Bu cihaz səthin buzlama əleyhinə miqdarını təyin etmə qabiliyyətinə malik olub, müxtəlif səthlərdə istifadə oluna bilər. Elektrik ötürücü sistemlər, telekommunikasiya qüllələri, antenalar və gəmilər bu cihazdan istifadə qabiliyyətinə malik olan sahələrdəndir. Həmçinin bu cihazdan nanomahiyyətli buzlama əleyhinə örtüklər yaratmaq üçün istifadə olunur.

O, bildirib: “Bu sahə İranda yenidir və hələ İranda bu cihazın tətbiqi o qədər də diqqət mərkəzində deyil, amma İran xaricində yaxşı bazara sahibdir. Biz 3 ədəd cihaz Avropa İttifaqına ixrac etmişik və bu cihazı daha sadə şəkildə ixrac edə bilməyimiz üçün hal-hazırda Avropada bir mərkəz yaratmaq niyyətindəyik.”

Sadə istifadəsi və müxtəlif ehtiyaclar üçün fərdiləşdirmə qabiliyyəti ilə yanaşı, bu cihazın müsbət xüsusiyyətlərindən olan sınaq müddətinin azlığı və yüksək ölçmə dəqiqliyi onun Avropa ölkələrinə ixracı üçün uyğun olmasına səbəb olub.

Şirkətin baş direktoru bildirib ki, buzun əmələ gəlməsi üçün 17 faza möcvuddur və hər birinin də özünəməxsus xüsisiyyətləri var. Məsələn, soyuducunun buzluğunun buzlaması ilə çırağın buzlaması fərqlidir. Bu cihaz istənilən buz fazasını simulyasiya edir və həmin fazada buz hazırlanıb parçalanır. 

Buzun dəqiq simulyasiyası sınaqdan düzgün nəticə çıxarmaq üçün çox əhəmiyyətlidir. Elə bu da, bu cihazın unikallaşmasına səbəb olur.

Onun sözlərinə görə, hal-hazırda Amerikada bu tip cihazdan olan bir neçə laboratoriya quruluşu mövcuddur, lakin onların heç biri kommersiyalaşmayıb. Amma bu Jikan nanomühəndislik şirkətinin cihazı yüksək təkrarlanma qabiliyyətinə malikdir və kommersiyalaşdırılıb.

Bu İran cıhazının Amerikada istifadə edilən digər laboratoriya nümunələri ilə müqayisədə fərqli cəhətlərindən biri buzun daha qısa zamanda hazırlanmasıdır. Belə ki, səth üzərində 24 saat deyil, 1 saat ərzində nəzərdə tutulan fazaya uyğun buz hazırlanır.

Bu cihazın işləmə mexanizminin təsdiqi LeuvenUniversiteti tərəfindən verilib. Bu da bu cihazın düzgün işləməsini təsdiqləyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir