Yaradıcı və elm təməlli İran şirkətlərdən biri, dünyanın ən böyük mediya məzmunlu tədbiri olan Fransa Mipcom sərgisində iştirak etməklə, avropalı sərmayəçilərin diqqətini özünə cəlb etməyi və onlarla əməkdaşlıq müqaviləsi bağlamağı bacarıb.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, film çəkilişi sahəsində fəaliyyət göstərən yaradıcı şirkətlərdən biri, “Myuton” və “Bayquşlar ailəsi” adlı iki animasiya filmi ilə Fransadakı dünyanın ən böyük film və animasiya istehsalı tədbirində avropalı və hindistanlı investorların diqqətini özünə cəlb etməyi, investesiya müqavilələri bağlamağı bacarıb.
Şirkətin baş direktoru Əlirza Tahiri deyib: “Bizim bu şirkətdə diqqətimiz daha çox uşaqlar üçün, xüsusən də məktəbdən əvvəlki yaş dövrünə qədərki uşaqlar üçün animasiya filmi istehsal etməyə köklənib. Bu istiqamətdə Qaf Studiya adı altında fəaliyyət göstərən bir studiyamız Qəzvində və bir studiyamız da İstanbuldadır.
O, Qaf yaradıcı kinorejissorlar şirkətinin lahiyələrindən birinin Myuton animasiyası olduğunu bildirərək əlavə edib: “Myuton animasiyası Oktyabr ayında keçirilən bu ilki Mipcom tədbirində çox xoş qarşılandı və biz investorlarla müqavilələr bağlamağı bacardıq. Mipcom-da və Mip Junior-da animasiya istehsalı və animası şifarişçiləri sahəsində fəaliyyət göstərən 20 şirkətlə dialoqa girdik. Bu 20 şirkətdən 7-si ilə müqavilə bağlama mərhələsinə qədər irəlilədik və 2 şirkətlə müqaviləni yekunlaşdırdıq. İstehsal sahəsindəki əməkdaşlıq mövzusunda da 5 Hindistan şirkəti və 2 türk şirkəti ilə danışıqlarımız oldu və razılaşmalar əldə edildi”.
Tahiri sözlərinin davamında deyib: “Mediya sahəsində Avropadan olan 3 yayım şirkəti ilə də müzakirələr apardıq və Myuton (mewtoon) ve Bayquşlar ailəsi (owly family) animasiylarının yayımlanması üçün razılaşma tərtib etməyi bacardıq. Bu məhsullar tamamlandıqdan sonra onların Avropa səviyyəsində yayımlanması qərarə alınıb”.
O, animasiya məhsullarının dublyaj olunmasındakı məhdudiyyətlərin həlli üçün bu şirkətin həll yolu barəsində deyib: “İranlı dublyorların səsindən istifadə etmək istədiyimizə görə, süni intellektual bir şirkətlə anlaşma memorandumu imzaladıq. Bu anlaşma animasiyanın ingilis dilinə dublyaj olunması sahəsində keyfiyyətli işlər görə bilməmiz üçün bizə kömək edəcək. Bu süni intellektual şirkət vasitəsi ilə də kanadalı bir prodüserin diqqətini bu layihəyə cəlb etməyi bacarmışıq. Onlar tərəfdən investesiya təklifi də almışıq”.
Tahiri sonda vurğulayıb: “Qaf yaradıcı şirkətinin digər layihəsi olan potensial yaratma və işçi qüvvəsinin gücləndirilməsi layihəsi bu layihədə də diqqət mərkəzində olub. Biz bu layihədə onlayn şəkildə marağı olanları taparaq cəzb etməyi və animasiya istehsalı sahəsində işləmələri üçün onları yetişdirə bilmişik. Bu layihə İrlandiyada animasiya sahəsində fəaliyyət göstərənlər tərəfindən yaxşı qarşılanıb. Bu istiqamətdə də müzakirələrimiz olub”.
Qeyd etmək lazımdır ki, Mipcom dünyanın ən böyük animasiya, film və mediya məzmunlu tədbiridir. Bu tədbir hər il Fransanın Kann şəhərində dünyanın hər yerindən olan istehsalçılar, distribyutorlar, televiziya kanalları, ev yayımı kanalları, investorlar və mediya nəşriyyatlarına ev sahibliyi edir. Soura Organisation, Qaf Studio və Tekem Film Mipcom-un bu dönəmində xarici şirkətlərlə yaxşı müqavilə bağlaya bilən şirkətlərindən olublar. Şəbəkələşmə, ticari müzakirələr və böyük layihələr əldə etmək bu şirkətlərin bu qlobal tədbirdəki iştiraklarının digər nailiyyətlərindən olub.