İran İslam Respublikası Ordusunun quru qoşunlarının hərbi hava qüvvələrinin komandanı vurğulayıbdır ki, bu qüvvələrə lazım olan bütün detalları daxili mütəxəssislər düzəldirlər.
İRİB-nin məlumatına əsasən, Aviasiya briqada generalı Yusif Qurbani İran İslam Respublikası Ordusunun quru qoşunlarının aviasiya bölməsinin düşmənlərin təhdidlərilə mübarizədəki qabiliyyətlərinə işarə ilə deyib: Ordunun quru qoşunlarının hərbi hava qüvvələri öz əməliyyat fənd və taktikalarında və quruluş sahəsində apardığı dəyişikliklərlə bu gün regionun ən güclü helikopter bölməsinə çevrilibdir.
General Qurbani əlavə edib: Ordunun quru qoşunlarının hərbi hava qüvvələri detalların düzəldilməsi sahəsində və detalqayırma hərəkatında cihad idarəçiliyindən bəhrələnməklə müxtəlif sektorlarda, xüsusən həssas radar, elektron müharibə və hava hücumundan müdafiə sahələrində lazım olan bütün detalları istehsal və təmin edir.
Düşmənlərin və bədxahların təhdilərinə toxunan ordunun quru qoşunlarının hərbi hava qüvvələrinin komandanı bildiribdir ki, hesablama xətası baş verərsə, qüdrətlə onların işlərini bitirəcəyik.