Asiya Basketbol Kuboku yarışlarında İran millisi növbəti etapa yüksəldi

İranın milli basketbol komandası Yaponiya üzərində qətiyyətli qələbə ilə birinci komanda kimi Asiya Basketbol Kuboku yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb.

İRİB-nin məlumatına əsasən, İndoneziyanın Cakarta şəhərində keçirilən bu yarışlarda İran komandası yaponları 88-76 hesabı ilə məğlub edibdir.

Növbəti mərhələyə birinci komanda kimi yüksələn İran millisi həmin etapda İordaniya-Çin Taybeyi görüşünün qalibi ilə qarşılaşacaq.

Hamid Həddadi 21 xalla ən çox xal qazandıran və 31 təsirediciliklə ən təsiredici oyunçu olub.

2022-ci il Asiya Basketbol Kuboku yarışlarında Avstraliya, Bəhreyn, Çin, Çin Taybeyi, Hindistan, İran, Yaponiya, İordaniya, Qazaxıstan, Koreya, Livan, Yeni Zelandiya, Filippin, Ərəbistan, Suriya və İndoneziya kimi on altı komanda iştirak edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir