Amerikalı komandir: İran regionda hava üstünlüyünə nail olub

Qərbi Asiya regionunda yüksək rütbəli amerikalı komandir həmkarlarından birinin İranın ABŞ-ı regionda hava üstünlüyündən məhrum etdiyi barədə açıqlamalarını bir daha təkrarlayıb.

Cümə axşamı terror təşkilatı CENTCOM-un (ABŞ-ın Yaxın Şərq və Şimali Afrikadakı Mərkəzi Komandanlığı) hava qüvvələrinə komandanlıq məsuliyyətini öz üzərinə götürən Aleksus Qrinkeviç deyib ki, Amerika qırıcıları Yaxın Şərq səmasında hələ də üstünlüyünə malikdir, amma İran öz taktikalarını işə salıb və dronları sayəsində irəliyə doğru böyük addımlar atıb.

Qrinkeviç əlavə edib: “Əgər düşmən istədiyini edə bilirsə və biz onları dayandıra bilmiriksə, deməli, onlar mövqe baxımından hava üstünlüyünə malikdirlər.”

Müdafiə və hərbi xəbərləri işıqlandırmaq üçün ixtisaslaşmış “Star and Stripes” saytı yazıb ki, bu yüksək rütbəli amerikalı komandirin açıqlamaları CENTCOM-un keçmiş komandiri Kennet Makkenzinin qiymətləndirməsi ilə üst-üstə düşür. Belə ki, Kennet İranın pilotsuz təyyarə imkanları səbəbindən Amerikanın Koreya müharibəsindən sonra ilk dəfə tam hava üstünlüyünü itirdiyini bildirmişdi.

“CENTCOM” terror təşkilatının yeni komandiri Erik Korillanın rəhbərliyi altında çalışan Qrinkoviç İranla bağlı üzərinə düşən məsuliyyətdən danışaraq deyib: “General Korilla tərəfindən mənə tapşırılan məsuliyyət bu təhlükəni zərərsizləşdirmək üçün havada müəyyən səviyyədə nəzarəti necə bərpa edə biləcəyimizi anlamaqdır.”

“Star and Stripes” hərbi xəbər saytı bu haqda yazıb: “ABŞ hərbi ekspertləri və rəsmiləri İran pilotsuz təyyarələrinin dünyanın ən qabaqcıl pilotsuz təyyarələri arasında olduğunu, Yəmən, İraq və Suriyadakı vasitəçilik müharibələrinə əhəmiyyətli təsirlər qoyuduğunu bildiriblər.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir