Amerikalı deputatın İranın hərbi inkişafı barədə Bayden hökumətinə məktubu

ABŞ Nümayəndələr Palatasının nümayəndəsi, iddia edib ki, ABŞ prezidenti Co Bayden administrasiyası qanunsuzluq edərək İranın ən yeni hərbi qüdrətlərinə aid məlumatlarla bağlı hesabatını Konqresə təhvil verməyib.

New Yorkun ABŞ Nümayəndələr Palatasındakı nümayəndəsi “Claudia Tenney”, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru “April Haynes”-ə yazdığı bir məktubda Bayden hökumətinin təxminən 8 ay əvvəl bu hesabatı Konqresə təqdim etməli olduğunu xatırladıb.

O, məktubda yazıb: “Bu, açıq-aşkar qanun pozuntusudur. Siz, hətta bu əhəmiyyətli hesabatı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə də təhvil verməmisiniz.”

O, əlavə olaraq deyib: “Bu hesabatın alınması, hətta 223 gün sonra da olsa Konqres üçün həyati əhəmiyyətlidir. Bununla da İran, onun himayəsi altında olan qruplar tərəfindən vücuda gələn təhdidlərlə və fəaliyyətləri ilə daha yaxşı mübarizə apara bilək.”

ABŞ-ın 2022-ci il müdafiə büdcəsi layihəsi, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktorunu İranın hərbi inkişafı barəsində, xüsusilə İslam İnqilabının Keşikçilər Korpusunun qüdrətləri barəsindəki hesabatı Konqresə təqdim etməsinin zəruri olmasını bildirən bəndə sahibdir.

ABŞ-ın müdafiə büdcəsi layihəsi, 27 Dekabr 2021-ci ildə qəbul edilərək qanuna çevrilib. Bu layihənin adı çəkilən bəndində deyilir ki, ABŞ hökuməti, qanunun qəbul olunmasından 180 gün sonra gərək İranın hərbi inkişaflarına dair hesabatı Konqresə təqdim etsin.

Tenney deyib ki, bu hesabat, Konqresin nəzərində İrana qarşı artan hərbi sənaye sanksiyası üçün olduqca əhəmiyyətlidir.

Konqres nümayəndəsinin açıqlamaları, ABŞ kəşfiyyat orqanlarının Fevralın 14-ü İranın dron sahəsindəki inkişafları barədə olan ayrıca hesabatında narahat olduqları və İranın ucuz və təsirli dron istehsalı sahəsində dünya liderinə çevrildiyini dedikləri bir vaxtda bəyan edilib.

Xarici qəzetlərdən biri  Fevralın 14-ü ABŞ kəşfiyyat orqanlarına istinadən iddia edib ki, İran hal-hazırda ucuz və ölümcül dron istehsalında dünya lideridir.

Bu hesabata əsasən, ABŞ Müdafiə Kəşfiyyat Agentliyindəki təhlilçilər İranın dron sahəsində regional oyunçudan Rusiyanın əsas himayəçisinə necə çevrildiyini izah edirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir