Alzheimer xəstəliyinin saqqız və konfet formasında olan dərmanla müalicəsi

Məşhədin Firdovsi Universitetinin tədqiqatçıları Alzheimer xəstəliyinin müalicəsi üçün konfet və saqqız formasında dərman hazırlmağa nail olublar. Bu dərman yaşlı insanların istifadəsi üçün çox rahatdır və hətta bu xəstəliyin qarşısını almağa da kömək edir.

Tədqiqatçıların və akademiklərin cəmiyyətlə ünsiyyəti sonda ölkə problemlərinin həll olunması və universitetlərin inkişaf etməsinə səbəb olub. Uzun müddət ərzində elmi məsələlər bəyan olunur və dərs otaqlarında daha da praktiki olurlar. Məşhədin Firdovsi Universiteti əczaçılıq sahəsində fəaliyyət göstərən fəal universitetlərdən biridir və bu sahədə elitalar yetişdirməkdən əlavə, praktiki məhsulların istehsalına da dəstək verir.

Firdovsi Nanobio Texnologiya Şirktənin baş direktoru Məşhədin Firdovsi Universitetindən biotexnologiya üzrə doktorluq və dərman düzəldilməsi üzrə post-doktorluq dərəcəsinə malik olan dr. Mariya Beyhəqidir. O, verdiyi müsahibədə Məşhədin Firdovsi Universitetinin əczaçılıq sahəsindəki elm təməlli və yeni şirkətlərə dəstəyi barəsində danışıb və Firdovsi Nanobio Texnologiya Şirktənin İsveçrənin beynəlxalq ixtira və innovasiya müsabiqələrində əldə etdiyi nailiyyətlərə toxunub.

O, sözlərinin davamında bu elm təməlli şirkət tərəfindən istehsal olunmuş məhsulları təqdim edərək deyib: Bizim məhsullardan biri ötən il İsveçrədə keçirilən beynəlxalq müsabiqədə gümüş medal etmiş edən yaraları sağaldan kremdir. Bu krem dərini qorumaq və müalicə etmək üçün hazırlanıb və onun tərkbində dərman bitkiləri və yosunlarından istifadə edilib.

O, əlavə edib: Hal-hazırda məhsulun kommersiyalaşdırılması mərhələsindəyik. Bu dərman barəsində diqqət olunası məqam onun qan sistemi vasitəsilə hər bir fərd üçün fərdiləşdirmə imkanının olmasıdır. Belə olan halda onun təsir gücü daha da artır və hamiləlik dövründə insanların düçar olduqları ekzemalar, dərinin qocalmasından yaranan sallanma, dəri qalınlığının yaxşılaşdırılması və bəzi dəri mollarının aradan qaldırılması kimi bir çox xəstəliklərin müalicəsində faydalı ola bilər. fərdiləşdirməkdən əlavə, müəyyən bir formula ilə ümumi camaat üçün istifadə qabiliyyətinə də malikdir. Hal-hazırda bu dərmanın bu keyfiyyətdə xarici nümunəsi yoxdur.

Firdovsi Nanobio Texnologiya Şirktənin baş direktoru İsveçrədə keçirilən beynəlxalq müsabiqədə qızıl medal qazanan digər bir nailiyyətinə işarə edərək deyib: Biz rekombinant protein hazırlamağa müvəffəq olmuşuq. Korona və HİV kimi xəstəliklərin müəyyənləşməsi və qarşısının alınması məqsədi ilə bəzi peyvəndlərin hazırlanması və istehsalı üçün ondan istifadə etmək olar. Bu protein, həmçinin xərçəng kimi xəstəliklərin müəyyən olunmasında müxtəlif insanlara kömək etmə və xəstənin vəziyyətinin daha da pisləşməsinin qarşısını alma xüsusiyyətinə malikdir.

O, bu şirkətin əczaçılıq sahəsindəki digər bir naliyyəti barəsində deyib: Şirkətdə istehsal etdiyimiz yara yapışdırıcısı da dünya səviyyəsində qeydiyyatdan keçib və laboratoriya və klinik mərhələləri arxada qoyub. Bu məhsulun istifadə sahələrindən biri onun insan dərisindəki yoluxucu xəstəliklərin müalicəsinə kömək edə bilməsidir. Həmçinin malik olduğu tərkibinə görə, yüksək sovrulma, dəri səthinin təmizlənməsi və qısa müddət ərzində toxumaların bərpasına sahibdir.

Beyhəqi əlavə edib: Biz yaşlı və Alzheimer xəstəliyinə tutulan insanlar üçün istifadəsi daha rahat olsun deyə konfet şəkilində dərman hazırlamağa nail olmuşuq. Bu dərman Alzheimer xəstəliyinə tutulmanın qarşısını almağa və hətta onun müalicəsinə kömək edə bilər, amma bu dərmanın xəstəliyin qarşısını almaqla bağlı təsiri müalicəvi təsirindən daha çoxdur. Onun istifadə üsulu da müəyyən zamana malikdir. Məsələn, insan onu 5 dəqiqə sovurmalıdır ki, lazım olan maddələr bədənə yaxşıca yayılsın. Bu dərman laboratoriya mərhələsində tamamilə təsirli olub və biz onu kütləvi şəkildə istehsal etmək niyyətindəyik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir