Ağırlıq qaldırma üzrə dünya çempionatında İranın ilk qızıl medalı

  Rza Dehdar qızıl və gümüş medal qazanmaqla Kolumbiyada keçirilən ağırlıq qaldırma üzrə dünya çempionatında ikinci olub.

  Xarici KİV-in verdiyi məlumata görə, ağırlıq qaldırma üzrə dünya dünya çempionatı kişillər arasında 102 kq çəki dərəcəsində Kolumbiyanın paytaxtı Boqotada keçirilib və milli geyimdə Rza Dehdar digər 10 ağır atletlə birgə bu müsabiqədə iştirak edib.

  İran bu çəki dərəcəsində bir qızıl və bir gümüş əldə edib.

  Rza Dehdar birdən qaldırma hərəkətində fövqəladə performans göstərib və 168, 172,177 kq çəkiləri düzgün qaldırmaqla qızıl medala sahib olub. O, bu qələbəni qətərli məşhur ağır atlet,Tokyo Olimpiyadasının qızıl medalına sahib olan Faris Əlbaxın iştirak etdiyi və gümüş medal qazandığı bir vaxta əldə edib.

 Dehdar təkanla ağırlıq qaldırmada 210 kq və 211 kq çəkiləri qaldırmağı əldən verərək bu hərəkətdə və totalda medal şansını itirib. Amma 3-cü cəhddə 213 kq-ı qaldıraraq 4-cü pillədə qərarlaşıb.

  Rza Dehdar ümümililkdə 390 kq göstərici ilə dünya çempionatının ikincisi olaraq İrana bir qızıl və bir gümüş medal qazandırıb.

  Bu medal, bu müsabiqədə İranın ilk qızılıdır. Bundan əvvəl Kiyanuş Rüstəmi 89 kq çəki dərəcəsində birdən ağırlıq qaldırma hərəkətində gümüş medala sahib olmuşdur.

  102 kq çəki dərəcəsi olimpiya xarakteri daşıyır. Buna görə də Dehdar Paris Olimpiyadası reytinqinə daxil olub.

  Rza Dehdar bundan əvvəl 2019-cu ildə dünya çempionatında 3-cü olmuşdur. Kolumbiyada keçirilən dünya çempionatında isə yuxarı pilləyə qalxıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir