89 kq çəki dərəcəsində yarışan İran milli geyimlisi dünya çempionatı yarışlarında qızıl medal əldə edib.
Xarici KİV-in verdiyi məlumata görə, Ərəbistanın paytaxtı Riyadda keçirilən ağır atletika üzrə dünya çempionatı yarışlarının 89 kq çəki dərəcəsində yarışan İran milli geyimlisi Mustafa Cavadi bazar ertəsi günü (11 Sentyabr) meydana çıxıb.
Cavadi birdən qaldırmada 169 kq rekordla 5-ci yerdə dayanaıb və medala əli çatmayıb.
Milli geyimdə yarışan Cavadi təkanla qaldırmada əvvəlcə 207 kq-ın öhdəsindən gəlib və ikinci cəhddə də 212 kq ağırlığı başı üzərinə qaldırıb.
O, üçüncü cəhddə 215 kq ağırlığı seçib və nümunəvi parlaqlıqla onu ram etməyi bacararaq qızl medal qazanıb. İranın layiqli təmsilçisi ümumikdə də 384 kq rekordla digər bir qızıl medal əldə edib və dünya çempionu adını qazanıb.